Leyla Əliyeva 1,5 milyona yaxın ağac əkdi - FOTO
Tarix: 02-06-2015 | Saat: 18:00
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Gənclərimiz | çapa göndər
Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyətləri qoşulub.
2014-cü ilin noyabr ayında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Ümumrespublika Yaşıl Marafon” layihəsinə bu ilin 30 may tarixində yekun vurulmuşdur.
Xeberaz.az xəbər verir ki, İDEA-dan Oxu.Az-a verilən məlumata əsasən, layihə çərçivəsində 2014-cü ilin payız və 2015-ci ilin yaz əkin mövsümləri zamanı ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilmişdir.
“Yaşıl Marafon”un gedişi, həmçinin əkilmiş ağaclar barədə məlumatlar, rayon və şəhərlər üzrə hesabat və ağacəkmə aksiyalarından fotoşəkillər layihənin internet səhifəsində yerləşdirilmişdir (http://ideacampaign.org/green_marathone/).
“Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanmış və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdirmişlər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyətləri qoşulmuşdur.
IDEA İctimai Birliyi “Yaşıl Marafon” layihəsinin uğurla həyata keçirilməsinə və ölkəmizin ətraf mühitinə verdikləri töhfəyə görə bütün tərəfdaşlara dərin minnətdarlığını bildirir.
IDEA ölkə ərazisində yaşıllıqların qorunması və artırılması məsələsinə xüsusi həssaslıqla yanaşır. Belə ki, məhz İctimai Birliyin təşəbbüsü ilə son 4 ildə Azərbaycanda 4 milyondan artıq ağac əkilmişdir. Bununla yanaşı, IDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə 2014-cü ilin may ayında təsis edilmiş “Ağacların kəsilməsinə yox” proqramı fəaliyyət göstərdiyi bir il ərzində Bakı şəhəri və ətraf rayonlarda qanunsuz ağac kəsilməsinin qarşısının alınmasına əhəmiyyətli töhfə vermişdir.
Proqram çərçivəsində yaradılmış (şəhər telefonları və bütün mobil operatorlardan) “1113” qaynar xəttinə bu günə kimi vətəndaşlardan 150 şikayət daxil olmuş və hər bir şikayət Proqram çərçivəsində fəaliyyət göstərən “Təbiətə təcili yardım” mobil qrupu tərəfindən yerində araşdırılmış, və məhv edilmiş yaşıllıqların bərpası məqsədilə müvafiq dövlət qurumları ilə birlikdə zəruri tədbirlər görülmüşdür (http://ideacampaign.org/az/first_aid_to_the_nature/).
IDEA İctimai Birliyi ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətindədir.
Xəbəri paylaş
7708 dəfə oxunub.
Digər xəbərlər

26-12-2018, 19:06
Fədayə Laçın 5 il həbs yatacaq-QƏRAR VERİLDİ
22-09-2017, 11:52
Aşıq Samirədən fərqli ifa – VİDEO
13-06-2017, 22:36
N.Tusi adına 12 saylı tam orta məktəbdə möhtəşəm bayram keçirilib - Foto
20-03-2016, 13:12
Möhtəşəm derbi: “Qalatasaray”, yoxsa “Fənərbaxça”?
11-10-2015, 13:00
Məşhur model Samiradan yeni xəbər var
14-06-2023, 10:33
Sarımsaqlı su. Damarları təmizləyən UNİKAL VASİTƏ
30-11-2016, 16:03
Çörək bahalaşacaq? - Rəsmi AÇIQLAMA
13-10-2022, 13:44
Qəzada ölən ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” yazdı, intihar etdi - TƏFƏRRÜAT