Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ailələrdəki zorakılıq hallarını necə azaltmaq olar?
Tarix: 24-04-2016 | Saat: 17:00
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Ailələrdəki zorakılıq hallarını necə azaltmaq olar?

Ailələrdə zorakılıq hallarının qarşısının alınması üçün zorakılıq qurbanı olan şəxslərə mühafizə orderlərinin verilməsi mexanizmindən istifadə etmək lazımdır. Yerli icra hakimiyyəti orqanları belə şəxslərə mühafizə orderləri verməlidirlər.

"Xəbəraz.az " xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, məişət zorakılığına qarşı mübarizə sahəsindəki boşluqlar daha çox "Məişət zorakılığı haqqında" qanunun özündə deyil, onun tətbiqində özünü göstərir: "Bu gün qanunvericilik bazası, bu baza ilə əlaqədar mexanizmlər mövcud olsa da, yerlərdə biz onu hələ də tam işlək vəziyyətə gətirə bilmirik. Əsasən də problem mühafizə orderlərinin verilməsi ilə bağlıdır".

T.İbrahimova bildirib ki, zorakılıq qurbanı olan şəxs müvafiq qurumlara faktla əlaqədar şikayət etdikdən sonra ailəyə qayıtdığı halda ona qarşı təkrar zorakılıq halının baş verməsi mümkündür: "Belə bir risk var. Bunun qarşısını almaq üçün isə mühafizə orderinin verilməsi mexanizmindən istifadə etmək lazımdır".

Komitə rəsmisi qeyd edib ki, qısamüddətli mühafizə orderləri 30 gün, uzunmüddətli mühafizə orderləri isə 3 ay müddətinə verilir.

T.İbrahimova deyib ki, zorakılıqla bağlı müraciət daxil olubsa, zorakılığı törədən şəxsə xəbərdarlıq edilməli və zorakılıq qurbanına qısamüddətli mühafizə orderi verilməlidir: "Amma hazırda onun tətbiqi nə səviyyədədir? Zorakılıq halları çoxdur, lakin 2015-ci ildə ölkə üzrə 6 mühafizə orderi verilib. Bu göstərici çox aşağıdır. Ona görə də bu, çox ciddi fəsadlara, ölüm hallarına gətirib çıxarır. Bunun üçün də ilk növbədə profilaktik işlər gücləndirilməlidir".

Komitə səlahiyyətlisinin sözlərinə görə, mühafizə orderində birbaşa göstərilir ki, zorakılığı törədən şəxs təkrar zorakılıq əməli törətməsin, zorakılıq qurbanına qarşı onu narahat edən hərəkətlər etməsin. Orada zorakılıq törədənin sonrakı məsuliyyəti də göstərilir.

T.İbrahimova qeyd edib ki, əgər qısamüddətli mühafizə orderi icra olunmazsa, onda artıq məhkəmə vasitəsilə uzunmüddətli mühafizə orderi verilməlidir.

Onun sözlərinə görə, qısamüddətli mühafizə orderlərini yerinə yetirmədiyinə görə zorakılıq törədən şəxslər inzibatı qaydada məsuliyyətə cəlb olunur, cərimə olunurlar. Amma uzunmüddətli mühafizə orderi icra olunmadıqda şəxs artıq məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır.



4828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___