Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ANS-lə MTRŞ arasında növbəti məhkəmə
Tarix: 23-02-2016 | Saat: 18:09
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

ANS-lə MTRŞ arasında növbəti məhkəmə
ANS MTRŞ-a qarşı qaldırdığı qarşılıqlı iddia ilə bağlı ilkin qərardan verdiyi kassasiya şikayətinin vaxtı açıqlanıb

Proses aprelin 5-nə təyin edilib. Kassaiya şikayəti baxılması üçün Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyovanın icraaatına verilib.

Qeyd edək ki, 2015-ci ildə MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətini məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. Belə ki, MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib.

MTRŞ-nın idiasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılarkən, ANS qarşılıqlı iddia verib. Lakin hakim Vüsalə Baxışova həmin qarşılıqlı iddianı baxılmaq üçün qəbul etməyib. Televiziya şirkəti məhkəmənin baxılmaq üçün qəbul etməmə barədə qərardadından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi ANS-in apellyasiya şikayətini təmin etməyib və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.PİA.AZ

Bu dəfə ANS həmin qərardaddan kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.


Xəbəri paylaş

5828 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___