"Barselona"nın baş məşqçisi jurnalisti təhqir edib
Tarix: 18-04-2016 | Saat: 15:11
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike futbol üzrə ölkə çempionatının XXXIII turunda "Valensiya"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistə kobud cavab verib. "Report"un məlumatına görə, mətbuat konfransında "Diario Gol" nəşrinin müxbiri Viktor Malo Kataloniya komandasının apreldə fiziki cəhətdən enişinin səbəbini soruşub.
Enrike isə sualı kinayəli formada "Soyadın necədir? Malo? Hər şey düzdür" deyə cavablandırıb.
"Malo" sözü ispanca "pis" deməkdir.
Qeyd edək ki, "Barselona" İspaniya çempionatında uzun müddət böyük fərqlə liderlik edib. Kataloniya təmsilçisi hazırda birinci pillədədir, amma "Atletiko"nu yalnız əlavə göstəricilərdə qabaqlayır. 3-cü pillədəki "Real Madrid" isə onlardan yalnız 1 xal geri qalır.
6198 dəfə oxunub.
Digər xəbərlər

4-04-2018, 10:19
"Real" və "Bavariya" 1/4 finala qələbə ilə başladı
11-11-2016, 16:13
QİÇS-in qanda olub-olmadığını artıq fləş kartla yoxlamaq olacaq
23-09-2015, 12:38
Məmməd Aslan vəfat etdi
9-09-2021, 11:41
İmmuniteti gücləndirən çay. Qədim Tibet resepti
26-01-2016, 21:53
Türk müğənnisi Aygün Kazımovanın ad gününü belə təbrik etdi (FOTO)
4-11-2015, 17:13
Ağsuda oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqladı
8-12-2015, 10:17
ANS-in aparıcısı efirdə göz yaşlarını saxlaya bilmədi (VİDEO)