Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah 33 dərəcə isti olacaq
Tarix: 17-05-2019 | Saat: 14:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18 mayda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Mayın 18-19-da Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.


Xəbəri paylaş

3968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___