ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”
Tarix: 13-04-2016 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutu ilə başladı. Əraziləri qeyri-qanuni zəbt olunması ilə müşahidə olunan münaqişədə 30 mindən çox insan həlak oldu. 1994-cü ildə atəşkəs bağlandı. Atəşkəsdən sonra bir neçə dəfə ciddi toqquşmalar yaşandı. 2000-ci illərə qədər münaqişədə güc balansı eyni idi. Lakin Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətində atdığı addımlar balansı Bakının xeyrinə dəyişdi.
Bu barədə ABŞ-ın “Vaşinqton revyü” nəşri yazıb.
Məqalədə bildirilir ki, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirlər hesabında ordunu ən müasir silahlarla təchiz edib:
“Hətta neftin qiymətinin aşağı düşməsi də orduya ayrılan vəsaitə ciddi təsir etməyib”.
Qarabağda son toqquşmalara toxunan nəşr problemdə Rusiya faktorunu xüsusi qabardır. Lakin onu da qeyd edir ki, artıq əksər ölkə bu məsələdə Azərbaycanı dəstəkləyir.
“Türkiyə, Pakistan, İsrail, Ukrayna, Almaniya, ATƏT və Qərb ölkələri rəsmi Bakını dəstəkləyirlər. Rəsmi Bakı münaqişənin həllində bu dəstəkdən lazımınca yararlanır. Görünən odur ki, post-sovet məkanında digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Bu, münaqişəyə əlavə diqqəti cəlb edir”, - məqalədə bildirilir.
Publika.az
Xəbəri paylaş
6748 dəfə oxunub.
Digər xəbərlər

4-08-2017, 13:38
Havanın temperaturu kəskin yüksəlir - ƏHALİYƏ XƏBƏRDARLIQ
26-08-2016, 15:13
Çörəyin içindən pas çıxdı - Nazirlik işə qarışdı - FOTO
28-11-2016, 15:01
Türkiyədə çoban partiya qurdu: "Hakimiyyətə gələcəm"
7-04-2017, 21:21
Qadınların kişiləri döyməsinə necə baxırsınız? - VİDEOSORĞU
10-03-2017, 21:36
Bakıda QANLI ƏMƏLİYYAT: DTX əməkdaşları silahlı şəxsləri məhv etdi
21-11-2015, 13:33
Bürclərin seksual xarakterləri (+18)
14-07-2018, 18:39
Avtomobildən oğurluq edən şəxs saxlanılıb
8-12-2015, 21:42
Vasif Talıbov generalın xanımını niyə işdən çıxarıb?