Ana Sayfa > Karusel / Gündəm / M2 > ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”

ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”


13-04-2016, 11:47. Yazar: Xeberaz
ABŞ KİV: “Əksər ölkələr Bakını dəstəkləyir”

Dağlıq Qarabağ münaqişəsi SSRİ-nin süqutu ilə başladı. Əraziləri qeyri-qanuni zəbt olunması ilə müşahidə olunan münaqişədə 30 mindən çox insan həlak oldu. 1994-cü ildə atəşkəs bağlandı. Atəşkəsdən sonra bir neçə dəfə ciddi toqquşmalar yaşandı. 2000-ci illərə qədər münaqişədə güc balansı eyni idi. Lakin Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətində atdığı addımlar balansı Bakının xeyrinə dəyişdi.
Bu barədə ABŞ-ın “Vaşinqton revyü” nəşri yazıb.

Məqalədə bildirilir ki, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirlər hesabında ordunu ən müasir silahlarla təchiz edib:

“Hətta neftin qiymətinin aşağı düşməsi də orduya ayrılan vəsaitə ciddi təsir etməyib”.

Qarabağda son toqquşmalara toxunan nəşr problemdə Rusiya faktorunu xüsusi qabardır. Lakin onu da qeyd edir ki, artıq əksər ölkə bu məsələdə Azərbaycanı dəstəkləyir.

“Türkiyə, Pakistan, İsrail, Ukrayna, Almaniya, ATƏT və Qərb ölkələri rəsmi Bakını dəstəkləyirlər. Rəsmi Bakı münaqişənin həllində bu dəstəkdən lazımınca yararlanır. Görünən odur ki, post-sovet məkanında digər münaqişələrlə müqayisədə Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil. Bu, münaqişəyə əlavə diqqəti cəlb edir”, - məqalədə bildirilir.
Publika.az
Geri dön