613 min manata satılan “Mercedes”in real qiyməti məlum oldu
Tarix: 01-04-2016 | Saat: 17:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
“Avtomobilləri rəsmi satış mərkəzindən almaq daha sərfəlidir”.
Azərbaycanda 613 min manata satılan “Mercedes S65 AMG” model avtomobilin real qiyməti bəlli olub.
Xatırladaq ki, dünən veridiyimiz məlumata görə, Turbo.az saytında yer alan elanda “Mercedes S65 AMG” markalı avtomobil 613 min manata təklif olunur. 2016-cı il istehsalı olan qara rəngli bu avtomobilin 6000 kubsantimetr həcmində, 630 at gücündə mühərriki var.
Öz növbəsində, “Mercedes” avtomobillərin Azərbaycandakı rəsmi dileri “AutoStar Kaukasus” şirkəti avtomobilin qiyməti ilə bağlı Oxu.Az-a bəzi faktları açıqlayıb.
Şirkətdən verilən məlumata görə, hazırda eyni komplektasiyalı avtomobili “AutoStar Kaukasus” şirkətində ƏDV daxil 480 min manata sifariş etmək mümkündür.
Qeyd olunur ki, 613 min manat həmin avtomobilin qeyri-rəsmi satış qiymətidir və bu tip avtomobili əldə etmək istəyən müştəri “AutoStar Kaukasus” şirkətinə müraciət edərək nə az, nə çox, düz 133 min manat qənaət etmiş olar.
“Bunu nəzərə alaraq vətəndaşlara bir daha çağırış edirik - Avtomobilləri qeyri-rəsmi satış mərkəzlərindən alıb aldanmasınlar. Hazırkı qiymət fərqi bir daha onu göstərir ki, müştərilərə avtomobilləri rəsmi satış mərkəzindən almaq daha sərfəlidir”.
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

21-01-2022, 11:19
Ən çox ağlayan və zarıyan bürclər - GİLEYLİ BEŞLİK
1-04-2015, 13:30
Bakıda “Hyundai” bacı və qardaşı vurdu – FOTO + VİDEO
24-10-2022, 10:39
Bakı Avropa Liseyi adlı BAZAR... - Nazirə MÜRACİƏT OLUNDU
5-11-2015, 15:39
Saxta ətirləri əhaliyə necə satırlar? - 3500-lük “Premium” kart
4-03-2018, 17:22
Bu adada insanlar izsiz-soraqsız yoxa çıxır: Elm susur… - VİDEO
9-07-2016, 23:39
Səmra yenə soyundu - FOTO
25-03-2015, 00:22
Fəhlənin gördüyü yuxu gerçək oldu-Gülməmək mümkün deyil. -VİDEO
25-04-2022, 11:19
Kobra Pərvizdən rəqibi Barışa sərt CAVAB: "Dilin çıxıb..." - VİDEO
24-05-2022, 13:07
Meymunçiçəyi ilə bağlı daha bir xəbərdarlıq: Cinsi yolla keçir