Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Avropa Liseyi adlı BAZAR... - Nazirə MÜRACİƏT OLUNDU
Tarix: 24-10-2022 | Saat: 10:39
Bölmə:M / Karusel / Gündəm / Təhsil / Aktual / Araşdırma | çapa göndər




Tanınmış hüquq müdafiəçisi Səadət Bənənyarlı 3 cü sinfidə oxuyan nəvəsi ilə bağlı üzləşdiyi problemə görə Moderator.az-a üz tutub və başına gələnlərin ictimailəşməsini xahiş edib:

"Şəhərdəki tıxacları nəzərə alaraq, nəvəmi Avropa liseyinə kecirməyi qərara aldıq. Təhsil Nazirliyinə muraciət etdik. Çətinliklə də olsa qeydiyyatdan kecdik. Qeydiyyat başlayandan 10 dəqiqə kecməmiş liseyin saytı baglanmışdı. Təhsil Qanununa uygun olaraq usaqların təhsil müəssisələrinə qəbulu və yerdəyisməsi Qaydaları təsdiq edilmişdir. Qaydaların 3.3. bəndində " şagirdlərin yerdəyişməsi bu Qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uygun həyata kecirilir" yazılıb. Təbii ki, nizamnamələr, əsasnamələr "Təhsil Haqqında" Qanunun muddəalarindan kənara çıxa bilməz. Köçürülmə 2 mərhələli test imtahanları nəticələri əsasında baş tutmalı idi. Nəvəm hər 2 mərhələni (1-ci mərhələ deyilənə görə nazirlik tərəfindən kecirilib) uğurla keçdi. Sonra onu Avropa liseyinin əsasnaməsinə (?) görə Verbal test imtahanına dəvət etdilər. Bu testə də getdik. Lakin test verbal yox, yazılı, adi test oldu. Uşağın dediyinə görə, onun üçün çox asan olan 3-cü yazılı test imtahanını da verdik. Bir müddət gözlədik, məlum oldu ki, nəvəm 3-cu testdən keçə bilməyib. Məsələnin nə yerdə olduğunu öyrənmək üçün liseyin direktoru Zülfiyyə Veysovanın qəbuluna getdim. Məqsədim nəvəmin 3-cü tur testlərinin cavablarına baxmaq idi. Məni 2 saat gözlətdi (yəqin nə deyəcəyini bilmirdi). Özünün dediyi və bizim bildiyimiz kimi 1-ci turda riyaziyyat fənnindən bir səhv belə etməyən uşaq üçün "diqqəti yayınıqdır, nitqi səlis deyil" ifadələri islətdi. Mən ondan bunu necə müəyyən etdiyini soruşdum və dedim ki, axı siz verbal test keçirməmisiniz, bunları necə müəyyən etmisiniz? "Yazılı test vasitəsilə" dedi. Testlərə baxmaq istədim. Dedi psixoloqdadır, şənbə günü gəlin bir yerdə baxaq. Razılasdıq ki, mənə zəng edib gorüş vaxtını deyəcək. İndiyə kimi zəng etməyib, çünki dediklərinin hamısı yalan idi. Biz ekspertlərə, psixoloqlara müraciət etdik, rəylərini öyrəndik: yazılı test vasitəsi ilə şagirdin nitq qabiliyyətini müəyyən etmək olarmı sualına birmənalı olaraq "mümkün deyil" dedilər və bu barədə rəy verməyə də hazırdırlar.

Sən demə, bu 3-cü test imtahanı istədikləri adamların övladlarının liseyə qəbul edilməsi ücün lazımdır. Bunu ekspertlər, mütəxəssislər də təsdiq edirlər. Baş vermiş saxtakarlıgın qarşısının alınması, ədalətin bərpası ücün nazirliyə müraciət etdik. 3-cu sinfi bitirmiş şagirdin hüququnun bərpası ücün apellyasiya şikayəti verdik, 3-cü test imtahanının araşdırılmasını xahiş etdik. Təəssüf ki, məsələni araşdırmadan Elm və təhsil naziri cənab Emin Əmrullayevə yazdığım ərizəyə nazirliyin şöbə müdîri Elnur Əliyev cavab verdi. Bildirildi ki, nəvəm sıfır bal topladıgı üçün qəbul olunmayıb. Bu sıfır balı haradan çıxıb, bilmirik. 1-ci və 2-ci turu müvəffəqiyyətlə keçən şagird (bu barədə uygun sms-lər də var) qeyri-qanuni olan (təhsil qanununa zidd odugu üçün ), nəticələri müraciətlərimizə baxmayaraq bizə açıqlanmayan 3-cü turdan keçə bilmir? Sıfır balı necə hesablayıblar? Axı bizim cənab nazirə müraciətimiz, apellyasiya şikayətimiz məhz 3-turla əlaqədardır. Xahiş edirdik ki, araşdırın, bizi dəvət edin, testin cavablarını göstərin, Qaydalara görə 2 turu keçən şagird artıq köçürulmə olunmalıdir, bəs sıfır bal haradan çıxıb? Mən bu dəfə cənab nazirin qəbuluna yazılmaq üçün müraciət etdim və absurd bir cavab aldım. Cənab nazir ayda bir dəfə ancaq müəyyən edilmiş regionda, əvvəlcədən müəyyən edilmiş, müəyyən kateqoriya vətəndaslari qəbul edirmiş. Bakının qəbulu hələ ki, nəzərdə tutulmayıb. İnşaallah o birilərinə 5-6 ilə növbə çatar. O vaxta qədər ya xan ölər, ya da...
Bəs biz dərdimizi kimə deyək, kimə müraciət edək, prezidentə?"

Moderator.az-ın əməkdaşı tanınmış hüquq müdafiəçisindən daxil olmuş bu müraciətlə bağlı millət vəkili, parlamentin elm və təhsil komitəsinin üzvü Etibar Əliyevə üz tutub. E. Əliyevin cavabı gözlənilməz olmayıb və o, adıçəkilən təhsil müəssisəsi haqqında fikirlərinin neqativ olduğunu bildirib:

"Bakı Avropa Liseyi haqqında mənim fikrim çox mənfidir. Doğrusu, mənim o məktəblə bağlı tanışlığım yox idi. Mən orada gənc müəllimlərin qurultayında iştirak etdim və gördüm ki, bu məktəbdə təhsil yox, sadəcə təhsil adında bir imitasiya var. Mən həmin məktəbin kitabxanasında oldum və gördüm ki, çox məhdud sayda kitab fondları var. Kitabxananın ərazisi böyük olsa da nəinki Bakının adı məktəblərinin və ya tutaq ki, Pirallahıdakı hansısa məktəbin, hətta ucqar bir rayondakı məktəbin kitabxanasından heç nə ilə fərqlənməyən bərbad kitabxanası var. Mən bunu hətta Milli Məclis tribunasından da səsləndirmişəm. Laboratoriya səviyyələri çox aşağıdır. Eyni zamanda STEAM laboratoriyaları da aşağı səviyyədədir. Qeyd edim ki, mənim iştirakçısı olduğum həmin tədbirdə təhsil naziri də iştirak edirdi və onun yanında Zülfiyyə Veysovaya müraciət edərək "mən sizin fəaliyyətinizə 2 verirəm" dedim. Etiraf edilməlidir ki, o, Bakı Avropa Liseyində tədrisi yaxşı təşkil edə bilməyib. Dediyim kimi liseyin kitabxanası bərbad, laboratoriyası bərbad, STEAM kabineti bərbad vəziyyətdə idi. Zülfiyyə Veysova sadəcə həmin məktəbdə gözəl imitasiya yaradıb. Zülfiyyə xanım kimi adamlar yalnız qrantlardan və çeşidli proqramlardan pul mənimsəməklə məşğuldurlar. Onlar təhsili bilməsələr də qrant məsələsində peşəkarlaşıblar. Onlar hansısa ölkədən texnologiyanın adını çəkirlər, ancaq onu Azərbaycan məktəbinə tətbiq edə bilmirlər".





Xəbəri paylaş

5558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___