Allahın sevdiyi kəlmələr
Tarix: 27-03-2016 | Saat: 14:07
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər
"Xəbəraz.az " xəbər verir ki, Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir
Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: “Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Allaha ən sevimli kəlmə: “Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim, 7102).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun “Subhən-Allahi və bihəmdihi”- deməsidir”. (İmam Əhməd, 20459).
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: “Hansı kəlmə ən fəzilətlidir?” O buyurdu: “Allahın mələkləri və qulları üçün seçdiyi: “Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gün ərzində yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- deyərsə, günahları dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gecə qalxmağa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaqdan qorxarsa, “Subhən-Allahi və bihəmdihi”- deməyi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boyda qızılı xərcləməkdən daha sevimlidir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7800).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim səhər və axşam yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- deyərsə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söyləyəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)
Xəbəri paylaş
9968 dəfə oxunub.
Digər xəbərlər

18-09-2015, 13:46
Qaxda 80 yaşlı ər-arvad vəhşicəsinə döyüldü
13-11-2018, 11:09
Yevlaxda mikroavtobus qəzası: 10-a yaxın yaralı var
13-12-2019, 15:29
GDU ilə bağlı bir iddia... - "Bu işin “yüksək” səviyyədə icrası qısa müddətdir ki..."
21-06-2016, 10:39
İlham Əliyev “Rəhimə Xanım” ziyarətgahında - Foto
2-03-2022, 10:25
Xarkovdan DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Universitet binası və tank zavodu məhv edildi - VİDEO
6-01-2023, 14:53
Azərbaycanda donuz qripi aşkarlanmayıb - RƏSMİ
23-04-2018, 14:06
Hər gün bir limon yeməyin 8 FAYDASI
27-10-2016, 12:21
Aşıq Ədalət: “Məni zəhərləyib öldürmək istəyirdilər”
15-07-2015, 20:47
NURAY ŞADLIQ SARAYI YOLUNUZU GÖZLƏYİR
16-03-2016, 14:13
--Əsl kişi olmaq istəyirsənsə...-