“Qalatasaray” “Fənərbağça” matçı ertələndi - YENİLƏNİB - FOTO
Tarix: 21-03-2016 | Saat: 12:18
Bölmə:Karusel / İdman / M2 | çapa göndər
"Xəbəraz.az "İstanbul Böyük Şəhər Bələdiyyəsinin rəsmi saytına istinadən bildirir ki, bu axşam yerli vaxtla saat 20.00-da "Türk T elekom Arena"da oynanılası"Qalatasaray"-"Fənərbağça" matçının ertələnməsinin səbəbi stadionun yaxınlığında partlayıcı maddə ilə dolu olan avtomobilin saxlanması barədə xəbərin alınması olub.
Türkiyə Futbol Federasiyası olayla bağlı rəsmi açıqlama yayıb.
"Xəbəraz.az " Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən bildirir ki, açıqlamada deyilir: "Bu axşam oynanması planlaşdırılan "Qalatasaray"-"Fənərbağça" qarşılaşması İstanbul valiliyinin aldığı qərara görə, habelə klub rəhbərləri ilə müzakirələrdən sonra ertələnib. "Qalatasaray"-"Fənərbağça" matçının oynanacağı tarix yaxın günlərdə açıqlanacaq".
Bu axşam Türkiyə Superliqasında yerli vaxtla 20.00-da başlanmalı "Qalatasaray"-"Fənərbağça" matçı İstanbuldakı terror təhlükəsi səbəbindən ertələnib.
Bildirir ki, qərar şəhərin Təhlükəsizlik Şurasına məxsusdur.
Matçdan az öncə oyununun boş tribunalarla, tamaşaçısız keçirilməsi nəzərdə tutulmuşdu. "Qalatasaray" klubunun rəhbərliyi bu qərardan çox narazı qalıb.
"Ya azarkeşlər stadiona buraxılsın, ya da matç ertələnsin. Belə qərarı qəbul etmirik. Təhlükəsizliyin təminatı ilə bağlı problem varsa, matç oynanmasın. Azarkeşlər stadiona buraxılmırsa, biz də oyuna çıxmırıq", - "sarı-qırmızılar"ın açıqlamasında deyilir.
"Qalatarasaray" klubunun rəhbərliyi ilə aparılan telefon danışıqlarından sonra matçın ertələnməsinə qərar verilib.
"Türk Telekom Arena"da oynanılacaq matçın ertələnməsi qərarına azarkeşlər çox sərt reaksiya veriblər. Artıq stadionda olan azarkeşlər polisi fitə basır, "Çıxmırıq!", "İstefa!" qışqırırlar.
"Fənərbağça" klubu isə Samandıra bazasından çıxmamağa qərar verib. Klub polisdən gələcək xəbəri gözləyir.
Xəbəri paylaş
6478 dəfə oxunub.
Digər xəbərlər

11-05-2020, 10:24
Rusiya-Türkiyə-İran razılaşıb: Əsəd devrilir? - Açıqlama
17-09-2015, 19:13
25 gün əvvəl ata olmuşdu... - Dəhşətli qəzada ölənlər
11-01-2018, 16:19
UEFA 2017-ci ilin rəmzi komandasını açıqladı
5-03-2021, 15:46
Mübariz Mənsimova beş il cəza verildi
26-09-2016, 17:33
Mətbuat Şurasından referendum HESABATI
4-10-2016, 16:10
Nadir Qafarzadə boşanma mövzusuna nöqtə qoydu: “Əzizlərim” – VİDEO
10-05-2016, 11:29
“Heydər Əliyevin sayəsində Türkiyə Avrasiyasının ürəyi oldu” – “Hürriyet Daily News”
6-12-2015, 14:48
-Xəzəryanı ölkələrə müraciət olunub