Pensiyaçıların bayram qabağı bankomat probleminə aydınlıq gətirildi
Tarix: 17-03-2016 | Saat: 13:49
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Dünən KİV-lərdə Zərdab rayonunda pensiyaların verilməsində bir sıra problemlər yaşandığına dair məlumatlar yer alıb. "Xəbəraz.az " avropa.info-ya istinadən bildirir ki, artıq iki gündür, pensiyaların hesaba köçürülməsinə baxmayaraq, vətəndaşlar öz pullarını bankomatdan çıxarmaqda çətinlik çəkirlər. Problem isə rayon ərazisində yerləşən 3 bankomatdan, sadəcə, birinin işləməsi ilə bağlıdır.
Qeyd edilir ki, Kapital Bankın rayon ərazisində yerləşən bankomatları uzun zamandır işləmədiyi və yaranmış problemlə maraqlanan olmadığı üçün sakinlər pensiyalarını bəzən bezərək başqa banklara aid bankomatlardan çıxarmalı olurlar. Bu zaman da pensiya məbləğindən müəyyən faiz bank haqqı tutulur ki, bu da müəyyən narazılıq yaradır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, Zərdab rayonunda yaşayan pensiyaçılar öz pensiyalarını Kapital Bankın deyil, Azərbaycan Beynəlxalq Bankının bankomatları vasitəsilə alırlar:
"Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb. Belə ki, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb".
Rayon sakinlərinin Milli.Az-a verdikləri məlumata görə isə, pensiyaçılar sadəcə Beynəlxalq Bankın bankomatlarından istifadə edə bilmirlər. Onlar məcbur qalıb pensiyanı Kapital Bankdan çıxarmalı olurlar, çünki Kapital Bankın bankomatlarında istənilən vaxt pul olur.
Məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının mətbuat xidməti ilə də əlaqə saxladıq. Mətbuat xidmətindən Milli.Az-a bildirildi ki, Bankın Zərdab rayonundakı bankomatlarından 2-nin işində texniki nasazlıq səbəbindən qısamüddətli fasilə yaranıb: "Hazırda mütəxəssis qrupu nasazlığı aradan qaldırmaq üçün çalışır və bankomatların fəaliyyəti bu gün bərpa olunacaq".
Xəbəri paylaş
6858 dəfə oxunub.
Digər xəbərlər

22-12-2015, 22:05
Günəşdə güclü partlayışlar baş verib
26-03-2016, 13:04
Sızanaq və qırışları aradan qaldıran sabunlar – Xanımlar, mütləq alın
29-03-2015, 21:54
Hacı Elşən Xəzərin doğum günüdür
5-07-2016, 10:51
Dilqəmdən məktub: “Ürəyim ağrıyır, vəziyyətim pisdir“
17-02-2016, 12:44
“Çudo Peçka” Röyanın keçmiş qayınatasına qaytarıldı
18-10-2016, 13:19
Sabah 10-15 dərəcə şaxta olacaq
3-02-2018, 14:07
Zəncəfil - 1001 dərdin dərmanı
19-01-2023, 11:54
Azərbaycanda məktəbdə qanunsuzluq - Tədris edilməmiş dərs saatlarına görə maaş yazılıb
19-08-2023, 17:50
Saç düzləşdiriciləri xərçəngə SƏBƏB OLA BİLƏR