Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Tarix: 09-03-2016 | Saat: 19:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Kənd Təsərrüfatı Nazirliyi son zamanlar bəzi kütləvi informasiya vasitələrində broyler toyuqlarının ziyanı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toyuq ətinin və digər heyvandarlıq məhsullarının keyfiyyətinin təyin edilməsi üçün dünya praktikasında göstərilən üsuldan və avadanlıqdan istifadə edilmir: “Buna oxşar çoxlu sayda materialı internet resurslarından əldə etmək olar. Broyler toyuqları haqqında qeyd edilən material respublikamıza aid deyil”.
Məlumatda qeyd edilir ki, nümayiş etdirilən aparat isə Çinin Tyan-Şi firmasının istehsalı olan ozonator aparatı olmaqla bir çox məqsədlər üçün istifadə edilir.
Nazirlik əhalinin nəzərinə çatdırır ki, belə saxta cihazların “müayinəsinə” uymasınlar: "Azərbaycanda istehsal olunan quş əti bütün beynəlxalq standartların tələblərinə tam cavab verir. İstehlak bazarına çıxarılan bütün məhsullara, o cümlədən də quş ətinə keyfiyyət nəzarəti tam təmin edilir".
Nazirlik dezinformasiya yayan bəzi KİV-lərə daha geniş məlumat almaq üçün peşəkar mütəxəssislərin rəyinə və araşdırmalarına diqqət yetirməyi tövsiyə edib.
Xəbəri paylaş
8138 dəfə oxunub.
Digər xəbərlər

25-07-2016, 11:43
ANS haqqında nə vaxt qərar veriləcək? — TARİX AÇIQLANDI
27-04-2017, 20:25
Çimərlikdə özündən 39 yaş kiçik sevgilisilə belə əyləndi - FOTOLAR
6-04-2022, 15:18
2 ədəd telefonunu oğurlayıb çıxıb gedib
1-06-2020, 14:08
Yol polisindən valideynlərə MÜRACİƏT
10-05-2016, 12:18
Saakaşvili rus müavini vəzifədən çıxardı
30-03-2021, 11:03
Topçu Vüsalın yeni fotosu yayıldı
30-04-2016, 13:14
Leyla Əliyeva körpələr evində - Foto
10-03-2016, 17:29
Nazirin qardaşını bıçaqladılar
17-11-2015, 17:09
"Laçın" ticarət mərkəzi bağlandı