Məşhur səyyah gəmisində, mumiya kimi tapıldı - FOTO
Tarix: 01-03-2016 | Saat: 12:24
Bölmə:Karusel / Hadisə / Maraqlı / M2 | çapa göndər
Filippinli balıqçılar Barobo şəhərinin sahilləri yaxınlığında sahibsiz, okeanda dreyf edən yaxta tapıblar.
12 metrlik SAYO yaxtasına baxış keçiriləndə orada mumiyaya dönmüş cəsəd tapılıb.
"Xəbəraz.az " AsiaOne-a istinadən bildirir ki, həmin şəxs Almaniya vətəndaşı, məşhur səyyah, 59 yaşlı Manfred Frits Bayorat idi.
Manfredin ölüm səbəbləri hələ bəlli deyil. Ekspertlərin dediklərinə görə, cəsədin mumiyaya çevrilməsinin səbəbi Sakit Okeandakı quru küləklər, yüksək temperatur və duzlu havadır.
Manfred Frits Bayorat Filippin sahillərində tufana düşəndə rabitə vasitəsilə fəlakət siqnalı vermək istəyib və elə masanın arxasında ürəktutmadan keçinib. Onun cəsədi də radiotelefon qarşısında oturmuş vəziyyətdə aşkarlanıb.
Manfred Frits Bayorat təcrübəli səyyah idi. O, SAYO yaxtasında 20 il ərzində 500 min mildən artıq məsafəni qət edib.
Onun ötən il keçindiyi bildirilir, çünki Bayorat ötən il Facebook vasitəsilə dostuna mesaj yazmışdı.
Polis səyyahın qətlə yetirildiyini düşünmür. Manfred Frits Bayorat arvadı Klaudia ilə səyahətə çıxırdı. Onlar 2008-ci ildə boşanıblar, 2010-cu ildə isə Klaudia xərçəng xəstəliyindən vəfat edib. Həmin ildən sonra Manfred təkbaşına səyahətə çıxırdı.
Almaniyanın soyuq qışını sevməyən mərhum səyyah həmin aylarda okeanda olmağa üstünlük verirdi.
Xəbəri paylaş
6948 dəfə oxunub.
Digər xəbərlər

3-06-2015, 11:45
Putin "Bakı 2015"ə görə kanalları tənqid etdi
12-03-2016, 10:31
Azərbaycanda Daxili Qoşunlar Günüdür
23-02-2017, 22:06
Hər gün 30 saniyə öpüşsəniz... - BİLMƏDİYİNİZ FAYDALARI
26-11-2015, 12:37
Türkiyənin bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri verildi
15-08-2017, 19:59
Haydı, "Qarabağ", artıq vaxtdı! - BAKIDA TARİXİ OYUN
4-04-2021, 21:43
Şəhidimizin xatirəsi Türkiyədə əbədiləşdirildi
27-01-2018, 12:03
Tramp “Arsenal”ın baş məşqçisi olacaq?
16-05-2016, 12:18
Obama: “Müsəlmanları alçaltmaq olmaz”
10-06-2023, 11:49
Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI
20-04-2022, 10:46
Azərbaycanda sinif yoldaşını bıçaqlayan qızla bağlı YENİ FAKT - VİDEO