Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Azərbaycanda hər 1000 kişiyə 1007 qadın düşür
Tarix: 22-02-2016, 22:23 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda hər 1000 kişiyə 1007 qadın düşür


Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 112,6 min nəfər və yaxud 1,2 faiz artaraq 2016-cı ilin əvvəlinə 9705,6 min nəfər olub.
"Xəbəraz.az "-ın Azərtac-a istinadən məlumatına görə, Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, 2015-ci ildə əhalinin ümumi artımı əsasən təbii artım hesabına baş verib. Bununla yanaşı, miqrasiya artımı da müşahidə olunub və əhalinin ümumi artımının 1,0 faizini təşkil edib. Əhalinin sıxlığı bir kvadratkilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir və 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə orta hesabla 1007 qadın düşür. Son illər ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir və ötən il Azərbaycanda doğulanlar ölənlərin sayından 111,5 min nəfər çox olub. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2015-ci ildə ölkədə doğulmuş 166,2 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib.

Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3054-ü əkiz, 84-ü üçəm, 8-i isə dördəm doğulub. Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu orta hesabla 2,1 uşaq düşür. 2015-ci il ərzində ölkədə 54,7 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 5,7 təşkil edib. Ölüm səviyyəsi gözlənilən ömür uzunluğu göstəricisinə də öz təsirini göstərir.

Ötən il bu göstərici 74,2 yaş, o cümlədən kişilər üçün 71,6, qadınlar üçün 76,8 yaş olub. Keçən il ölkədə qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olub. 2015-ci ildə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınıb.

2928 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___