Müdafiə Nazirliyinin baş zabitlərinə hökm oxundu - 25 il 6 ay
Tarix: 14-02-2016 | Saat: 15:56
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Məhkəmə prosesi yekunlaşıb.
Gəncə Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəmə prosesi başa çatıb.
Xəbəraz.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, işə hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin baş zabitləri - 1974-cü il təvəllüdlü Seymur Ağayev və 1973-cü il təvəllüdlü Ələsgər Musayev Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə), inspeksiyanın planlaşdırma şöbəsinin baş zabiti, 1976-cı il təvəllüdlü Rövşən Məmmədli isə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilirlər.
Seymur Ağayev və Ələsgər Musayev birlikdə 1800 manat, Rövşən Məmmədli isə 40 min manat rüşvət almaq ittiham olunur. Onlar yoxlama apardıqları hərbi hissələrdə aşkarladıqları çatışmazlıqları gözardı etmək üçün rüşvət alıblar. Rüşvət aldıqları hərbi hissələr Gəncə korpusuna daxildir.
Dövlət ittihamçısı çıxış edərək hər üç təqsirləndirilən şəxsə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə təqsirləndirilənlərin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokuorluğa göndərilib.
Həmin materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb.
Xəbəri paylaş
7908 dəfə oxunub.
Digər xəbərlər

6-12-2016, 15:24
Ruhanidən Trampa XÜSUSİ MESAJ
20-05-2016, 18:33
Yasamal və İsmayıllıda bədbəxt hadisə
24-05-2016, 06:14
Bakıda 3 otaqlı ev yandı
27-09-2015, 16:41
46 yaşlı müğənni: "Gənclərə meydan oxuyuram" - FOTOSESSİYA
31-12-2021, 07:49
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi
4-09-2016, 09:44
Suriyadan inanılmaz: cəhənnəmə turist axtarır - Video
6-05-2016, 00:45
Gəncədə Gənclər Evi istifadəyə verildi
11-12-2017, 10:50
Düşmənə qan udduran baş leytenant - Aprel şəhidi Cavid Dədəkişiyevin həyat HEKAYƏTİ - FOTOLAR
25-01-2019, 15:08
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR