Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
Tarix: 21-03-2017 | Saat: 20:57
Bölmə:Karusel / Dünya / Maraqlı / Fotogalereya | çapa göndər

And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO

Onlar kişi paltarlarındı dolaşırlar. And içiblər ki, əsla ərə getməyəcəklər, ailə qurmayacaqlar, uşaqları olmayacaq, kişiyə də yaxın durmayacaqlar.

Onlar "muskobani"lər, yəni Albaniyada yaşayan, ömürlərinin sonunadək bakirə qalacaqlarına and içmiş qadınlardır.

"Xəbəraz.az "Milli.Az istinadən bildirir ki, Albaniyanın Kruya şəhərində yaşayan 78 yaşlı Paşa Keqi də muskobandır. O, 61 il əvvəl bakirəlik andı içib, qara uzun saçlarını kəsib, atasının şalvarını geyinib və ov tüfəngini əlinə alıb.

Bakirəlik andının müqabilində ailəni kişi qismində idarə etmək hüququ qazanan Paşa Keqi deyir: "Əgər indi doğulsaydım, qadın həyatını seçərdim. Mənim vaxtımda kişi olmaq daha yaxşı idi, çünki qadını heyvana bərabər tuturdular. İndisə qadınla kişinin hüquqları bərabərdir".

"Əbədi bakirəlik" ənənəsi Albaniyanın şimalında 5 əsr əvvəl yaranmış "Kanun" davranış qaydasına əsaslanır. "Kanun"a görə, qadınlar yalnız uşaq doğmalı, ev işləri ilə məşğul olmalıdır. O zamanlar qadının həyatı kişinin həyatından iki dəfə ucuz idi. "Əbədi bakirə"nin, yəni muskobaninin həyatı isə 12 buğaya bərabər tutulurdu.

Albaniyanın şimalında evin kişisi öləndə, onun qızı muskobani olurdu ki, əmlak, ev heyvanları, tarla əldən çıxmasın.

Bəzi qızlar zorla ərə verilməmək üçün bu yaşamı seçirdilər.

Albaniyada indi muskobanilərin sayı çox azdır.

Ölkə paytaxtı Tiranadan şimalda, dağlar qoynundakı Kruje kəndinin sakini, 88 yaşlı Peka Fiqiri kəndin son muskobanisidir.

"Mən ölüb gedəndən sonra burada artıq "əbədi bakirə" olmayacaq", - Fiqiri söyləyib.

And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO
And içib ömrünün sonunadək bakirə qalanlar: "Biz kişi kimiyik" - FOTO


Xəbəri paylaş

1 0938 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 18:34 2015 SEVGİ MESAJLARI

bütün xəbərlər
____ Instagram ___