Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günün qoroskopu: illüziyalardan qurtulmağa çalışın
Tarix: 28-04-2017 | Saat: 00:48
Bölmə:Karusel / Qoroskop | çapa göndər

Günün qoroskopu: illüziyalardan qurtulmağa çalışın

Qoç - imkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın. Yeni münasibət və ya tanışlığı təxirə salın. İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır.

Buğa - gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq.

Əkizlər - əsla tələskənliyə yol verməyin. Maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın.

Xərçəng - işlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız.

Şir - yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın. Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın.

Qız - işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin.

Tərəzi - uğuru çox gözləməyəcəksiniz. Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər. Günün ikinci yarısı həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir.

Əqrəb - şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz. Yeni tanışlıqlar məsləhətli deyil.

Oxatan - hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın.

Oğlaq - aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.

Dolça - günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil. Ciddi maliyyə itkiləri təhlükəsi var.

Balıqlar - yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz.


Xəbəri paylaş

9278 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___