Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xoşqədəm: Doğuşu bir az süründürdüm, sonra “hə” dedim - FOTO
Tarix: 06-04-2015 | Saat: 14:19
Bölmə:Karusel / Gündəm / Şou-Biznes / M2 / Müsahibə | çapa göndər

Xoşqədəm: Doğuşu bir az süründürdüm, sonra “hə” dedim - FOTO
“Mənimlə evlənəndən sonra....”.

Teleaparıcı Xoşqədəm Hidayətqızı müğənni Doğuşla evliliyindən danışıb.

Xeberaz.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, teleaparıcı “A-dan Z-yə” verilişinə açıqlamasında necə tanış olmalarından danışıb:

“Biz tədbirdə tanış olduq, dost idik, sonra evlilik təklifində bir az süründürdüm, həmin an “hə” demədim. Heç vaxt xəyalıma gəlməyən bir şey idi, heç vaxt heç vaxt demək lazım deyil. Qısqancam, amma Doğuşu qısqanmıram. Onun elə bir hərəkəti yoxdur ki, qısqanım. Heç vaxtda qısqanmaram. Bilirəm ki, o yüzlərlə insanın içərsində olsa da, yalnız məni görür, məni sevir. Mənim uşaqlıqdan arzum budur ki rayondakı evimiz kimi həyət evimiz olsun ,orda samavar çayı qoyum, həyət işləri görüm. Doğuşun da belə arzusu olub. Eşitdiyimə görə, hələ də çoxlu suallar verirlər ki, onlar birlikdə yaşayırlar?

Şoka düşürəm ki, bu qədər hadisələrdən sonra hələ də inanmayanlar var. Bir yerdəyik və bir-birimizə söz vermişik hər zaman bir yerdə olacağıq”.

Hidayətqızı Doğuşla uşaq sahibi olmaları ilə bağlı sualları da cavablandırıb:

“Doğuş söyləyir ki, hər zaman uşağı olmasından qorxub. Narahat olub ki, övladı onun yaşadığı əzabları yaşayar, uşaq evində böyüyər, kimsəsiz qalar. Mənimlə evlənəndən sonra istəyir ki, bizim övladımız olsun. Deyir bilirəm ki, o olmasa da, mən övladımıza sahib çıxacam. Əsl ana olacam”.

Xoşqədəm: Doğuşu bir az süründürdüm, sonra “hə” dedim - FOTO



5498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___