Yol polisi adam vurub öldürdü - GÜNAHKAR ÖLƏN OLDU
Tarix: 06-01-2016 | Saat: 13:16
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
«Prokurorluq əməkdaşları tərəfindən qanun pozuntusu hallarına yol verilməsi xüsusatları təsdiqini tapmayıb».
Baş Prokurorluq bəzi KİV-lərdə yer alan “Qan batıran prokuror” başlıqlı məqalədə Lənkəran rayonunun Xarxatan kənd sakini Zəminə Əbilovanın azyaşlı oğlunun avtomobil vurması nəticəsində vəfat etməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin icraatına guya rüşvət müqabilində xitam verilməsinə və prokurorluq əməkdaşları tərəfindən yol verilmiş digər qanunsuzluqlara dair informasiyalara münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən Həmin informasiyalar həqiqəti əks etdirmir: “Qeyd edilənlərlə bağlı Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, 18 iyun 2014-cü il tarixdə saat 14 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Mayəddin Hüseynovun xidmətdən kənar müddətdə idarə etdiyi “Nissan” markalı avtomobillə Lənkəran-Boradigah yolunun Xarxatan kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolun sağ tərəfində dayanmış mikroavtobusun qarşısından yolu qaçaraq keçmək istəyən Z.Əbilovanın azyaşlı oğlunu vurması və rayon mərkəzi xəstəxanasında vəfat etməsi faktına görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq hadisə yerinə və meyitə baxış keçirilib, hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla hadisənin şahidləri dindirilib, müvafiq ekspertizalar təyin edilərək rəylər alınıb və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. İş üzrə dindirilmiş Z.Əbilova, eyni zamanda hadisənin bilavasitə şahidləri olmuş mikroavtobusun sürücüsü və sərnişinləri ifadələrində azyaşlının mikroavtobusdan düşərək yolun soluna tərəf qaçaraq qəflətən M.Hüseynovun idarə etdiyi avtomobilin qarşısına çıxdığını bildiriblər. Bundan başqa, təyin edilmiş məhkəmə-yol-nəqliyyat ekspertizasının rəyində də “Nissan” markalı avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanı olmaması göstərilib və onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğunsuzluq müəyyən edilməyib. M.Hüseynovun əməlində cinayət tərkibi olmadığından 25 avqust 2014-cü il tarixli qərarla cinayət işinin icraatına qanuni və əsaslı olaraq xitam verilib.
Göstərilənlərlə yanaşı cinayət işinin istintaqı zamanı, eyni zamanda cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan Z.Əbilova tərəfindən şikayət verilməyib, eləcə də aparılmış araşdırmalarla rayon prokurorluğunun əməkdaşları tərəfindən qanun pozuntusu hallarına yol verilməsi xüsusatları təsdiqini tapmayıb
Xəbəri paylaş
7718 dəfə oxunub.
Digər xəbərlər

30-05-2017, 11:05
Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO \
2-03-2022, 09:17
Saç tökülməsinə qarşı düyü suyu resepti
11-04-2017, 11:07
Bakıda kütləvi dava: 2 nəfər bıçaqlanıb – VİDEO + YENİLƏNİB
13-09-2015, 12:09
İŞİD daha bir homoseksualı edam etdi - VİDEO (18+)
24-07-2015, 15:37
İkimərtəbəli Bakı-Sumqayıt qatarı üçün bələdçilər işə götürüləcək
27-12-2019, 12:37
"Hər ay pensiyamdan 200 manat pul köçürməyə hazıram"
21-08-2017, 15:33
Rəqsanənin qızından toyda şıdırğı rəqs - VİDEO
12-01-2019, 15:41
Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb
30-05-2023, 10:54
Bakıda kafedə dava: Ər-arvad və gənc oğlan bıçaqlanıblar
15-02-2023, 14:34
Təranənin hədə-qorxu gəldiyi şəxs musiqiçi imiş