Polis 35 kiloqram narkotika tapdı - Gəncədə
Tarix: 05-01-2016 | Saat: 19:55
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən ümumi çəkisi 35 kiloqramdan artıq narkotik vasitə və odlu silah müsadirə edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, yanvarın 1-də keçirilmiş tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Xəqani Zeynalov saxlanılıb. X.Zeynalovun üzərinə baxış zamanı 28,2 qram, yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 50 qram tiryək və 29 kiloqram marixuana, həmçinin nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.
Tədbirlərin davamı olaraq elə həmin gün şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Xalid Cəlalov da saxlanılıb. Onun üzərindən 102 qram tiryək, yaşadığı mənzilə baxış zamanı isə 5 kiloqram 200 qram marixuana aşkar edilib.
Hər iki faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6308 dəfə oxunub.
Digər xəbərlər

16-05-2016, 13:26
Zakir Həsənov "Qızıl Ulduz"ları təqdim etdi - Foto
30-11-2016, 17:23
İnternetdə gördüyünüz hər şəkilə inanmayın-FOTOLAR
19-08-2021, 13:33
“Marin Group” şirkəti insanları evlərindən sürüyə-sürüyə çıxardır - Vətəndaşdan İDDİA
25-10-2015, 13:51
Zədələnmiş əskinasları harada dəyişməli? - VİDEO
26-09-2015, 13:03
Bakıda əli bağlı gənc avtomobili 120 ilə sürdü - VİDEO
23-08-2017, 10:51
Bayram Kürdəxanılının faciəvi ölümü ilə bağlı YENİ XƏBƏR
14-03-2022, 10:33
Bakıda kişi 27 yaşlı arvadını dəhşətli şəkildə öldürdü
14-07-2015, 16:27
iki saxda ƏLLİ manatı, Bank-da Dəyişmək isdədi
24-06-2016, 13:25
Domino effekti: Fransa da AB-dən çıxmaq istədi
3-12-2017, 10:54
“Real” və "Barselona" xal itirdi