Qarabağın həll formulu: Ağdərə təmizlənir, sonra…
Tarix: 28-04-2016 | Saat: 10:18
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər
Tərtərin daim atəş altında olması Azərbaycan ordusunun Ağdərə istiqamətində irəriləməsi məsələsini aktuallaşdırır.
"Xəbəraz.az "xəbər verir ki, bu sözləri cəbhədə ermənilərin yenidən aktivləşməsini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, döyüşlərdə əldə olunan nəticələr Dağlıq Qarabağ münaqişəsinin həll formulunu aydınlaşdırıb:
“İşğal altındakı Ermənistan ordusuna zərbələr endirməklə qarşı tərəfin itkilərini artırmaq və bu yolla İrəvana təzyiqi gücləndirmək, Moskva ilə isə tərəfdaşlıq oyununu davam etdirmək lazımdır.
İkincisi, Rusiya münaqişəyə birbaşa qarışmayana qədər rəsmi Bakı Kremllə münasibətləri tərəfdaş səviyyəsində saxlayacaq. Dağlıq Qarabağ Abxaziyaya, Cənubi Osetiyaya və ya Donbasa bənzəmir. Rusiyanın bu separatçı bölgələrdən fərqli olaraq Dağlıq Qarabağla sərhədi yoxdur ki, birbaşa bölgəyə qoşun və ya desant qüvvələrini yeritsin. Digər tərəfdən, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan Rusiya ilə strateji tərəfdaşlıqdan imtina etmir. Ancaq Rusiya hakimiyyəti və hərbi komandanlığı Dağlıq Qarabağdakı döyüşlərə birbaşa müdaxilə edərlərsə, həm Azərbaycanla münasibətləri gərginləşdirəcək, həm də müharibənin miqyasının genişlənməsinə şərait yaradacaqlar”.
Politoloq bu kontekstdə Vaşinqtonun fəallaşmasına da diqqət çəkib:
“Əslində Kerrinin telefon zəngi gecikib. Çünki bu müddətdə Vaşinqton Moskvanın təkbaşına fəallığına seyrçi qaldı. Bu siyasət Rusiyaya Cənubi Qafqazda geniş manevr imkanı qazandırır. Vaşinqton Azərbaycanla təmaslarını yalnız enerji reruslarının dünya bazarlarına daşınması və Əfqanıstana yardım üzərində qurub, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir. Hətta Fransa ABŞ-dan ön plandadır. Con Kerrinin Bakı və İrəvana telefon zəngi Rusiyaya mesaj idi: “Yəni Cənubi Qafqazda biz də varıq”. Əlbəttə, Fransa və ABŞ-ın fəallaşmasının sülhün əldə olunması prosesini sürətləndirəcəyini söyləmək çətindir. Ancaq rəsmi Bakı bütün hallarda Paris və Vaşinqtonun fəallaşmasından istifadə etməlidir.
Azərbaycan 1990-cı illərdə də Rusiyanın Dağlıq Qarabağla bağlı planlarını məhz Qərbin dəstəyi ilə pozmuşdu. Məhz 1994-cü il Budapeşt sammiti rus sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsini əngəllədi. İndi də oxşar vəziyyət yaranıb”.Axar.az
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

19-10-2017, 14:32
Xəzərdə zəlzələ oldu
22-07-2018, 18:24
"Milli mətbuatımızın 143-cü ilində qələminiz iti, sözünüz kəsərli olsun" - Aqil Acalov
13-01-2016, 11:33
Robert Karlos “Real”a qayıdır
14-05-2019, 16:22
Rəşid Behbudov küçəsində BÖYÜK TIXAC
20-08-2016, 22:21
Əli Kərimlinin köməkçisi saxlanıldı
29-03-2017, 16:48
Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO
6-05-2021, 16:12
“WhatsApp” hesablarınız avqustda silinə bilər - DİQQƏT
11-12-2016, 11:27
"Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük"
14-02-2017, 22:23
3 gün əvvəl şəhid oldu, yaxınlarda uşağı doğulacaq... - Reportaj
28-06-2016, 19:12
Qazaxıstan BMT TŞ-nin qeyri-daimi üzvü seçildi