Məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edildi
Tarix: 23-05-2022 | Saat: 11:12
Bölmə:Karusel / Hadisə | çapa göndər
Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 08.02.2022-ci il tarixdə rayonun Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Xəbəri paylaş
4008 dəfə oxunub.
Digər xəbərlər

22-08-2021, 11:56
Gözlənilməz! - Artıq çəkinin faydaları var imiş...
20-06-2017, 22:27
Məşhurların seçimi- STİLİST ƏMRƏ+fotolar
14-06-2017, 19:30
Uşağın üstünə qışqırmayın, yoxsa... – FƏSADLARI
23-11-2022, 11:18
Yanvarın 1-dən dövlət köhnə maşınları alacaq? - Əvəzində yeni avtomobil, ödəniş… -
25-02-2022, 12:10
Putin Zelenskini niyə devirmək istəyir?
11-05-2021, 11:38
İsrail Qəzzanın yeganə ticarət sərhəd qapısını da bağladı
24-10-2017, 14:17
Ərdoğan ABŞ-ı terrorçulara dəstək verməkdə ittiham edib
15-07-2016, 16:12
Namiq Qaraçuxurlu qız atası oldu