Məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edildi
Tarix: 23-05-2022 | Saat: 11:12
Bölmə:Karusel / Hadisə | çapa göndər
Cəlilabadda məktəblinin ölümünə görə "Azərişıq" ASC-nin əməkdaşı məsuliyyətə cəlb edilib.
Bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 08.02.2022-ci il tarixdə rayonun Ocaqlı kənd 1 nömrəli tam orta məktəbinin 1-ci sinif şagirdi, 2015-ci il təvəllüdlü Hüseyn Zeynalovun təhsil aldığı məktəbin həyətində elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla “Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Cəlilabad Elektrik şəbəkəsinin kənd-1 sahəsi üzrə usta vəzifəsində işləyən Telman Əhmədovun öz xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən Hüseyn Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanan sübutlarla Telman Əhmədova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.
Xəbəri paylaş
3868 dəfə oxunub.
Digər xəbərlər

30-08-2016, 10:11
Sumqayıtda DƏHŞƏT: Qadının sağlam uşaqlığını çıxarıblar
18-05-2017, 12:06
Duman, 30 dərəcə isti - PROQNOZ
29-04-2016, 16:36
Ermənilərin dağıtdığı Qaradağlı kəndi – Foto
23-06-2018, 12:11
Türkiyənin Van vilayəti silkələndi
26-04-2018, 20:01
Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü
13-03-2018, 12:23
Deputatların yerinə niyə veteran futbolçular oynayıb? - Açıqlama
8-04-2021, 13:49
Zelenski Donbasa getdi
30-05-2018, 09:50
“Maşın”da bu məşhurlar yarışacaq-Siyahı
27-02-2017, 21:27
NATO-dan Dağlıq Qarabağ açıqlaması
2-06-2018, 21:56
Ölülərin şəkillərini evdə saxlamaq olmaz?