Tanınmış mama-ginekoloq Aytən Səfərova ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.
Şikayətçi vətəndaş D.M. və onun həyat yoldaşı Ə.E.-dir.
Şikayətçilər iddia edir ki, A.Səfərovanın səhlənkarlığı ucbatından döl tələf olub. Buna görə də ər-arvad hüquq-mühafizə orqanlarına şikayət edərək həkimə verdikləri 17 min manat pulu geri tələb edirlər.
A.Səfərovanın nümayəndəsi, vəkil İntiqam Hacıyev "Report" bildirib ki, vətəndaşların şikayəti əsassızdır:
"Həmin vətəndaş süni mayalanma ilə bağlı Aytən Səfərovaya müraciət edib və süni mayalanma da uğurlu olub. Lakin qadın doğuşu başqa xəstəxanada edib və orada da uşaq tələf olub. Bizə də bu barədə hüquq-mühafizə orqanlarından heç nə deyilməyib".
Qeyd edək ki, A.Səfərova 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2011-ci ildən Baku Medical Plazada Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsinin müdiri kimi çalışır.
Tanınmış ginekoloqdan şikayət edildi, 17 min manat tələb olunur
Tarix: 16-05-2021 | Saat: 13:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
5658 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2021 | Saat: 13:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
30-04-2016, 12:42
“Azərbaycana qarşı yalanlara imkan verməməliyik“ - Millət vəkili
19-06-2016, 16:54
Zərif də Fransaya gedir
5-05-2022, 10:05
Ayaqlarım və əllərim niyə üşüyür? SƏBƏBLƏR
19-01-2016, 13:14
Jirinovski buz kimi suya girdi, dili tutuldu (VİDEO)
10-03-2017, 12:04
Tağı Əhmədovun xanımı: "Onu görəndə elə bildim, Koroğludu" - VİDEO
21-05-2022, 11:21
Azərbaycana may ayında qar yağdı - FOTO
27-07-2015, 18:38
Türkiyədən kritik açıqlama
15-05-2017, 14:08
Baloğlan Əşrəfov: “Ana haqqında oxuyub, ağlayanları qəbul eləmirəm”
25-08-2022, 12:06
"Maskanı yenidən məcburi edə bilərlər"- Deputatdan XƏBƏRDARLIQ