Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tağı Əhmədovun xanımı: "Onu görəndə elə bildim, Koroğludu" - VİDEO
Tarix: 10-03-2017 | Saat: 12:04
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər

Tağı Əhmədovun xanımı: "Onu görəndə elə bildim, Koroğludu" - VİDEO

“Hər gün şeir yazırdım ona. Qazaxlılar da şeirə bir az aludə olurlar. Şeirə aludəçiliyini gördüm... Sevdamız baş tutdu”.

Həyatının 44 ilini Bakı metropolitenində çalışmış, tam 16 ilə qədərini bu qurumun rəisi işləmiş, “Əməkdar mühəndis”, Texnika elmləri namizədi, “Şöhrət” ordenli Tağı Əhmədov ailə qurduğu xanımla tanışlıq illərini APA.TV-nin "Ömür yoldaşı" verilişində belə xatırlayıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya üzrə Fəlsəfə doktoru Salatın Əhmədova isə həyat yoldaşı Tağı Əhmədov barədə ilk təəssüratı belə olub:

“4-cü sinif şagirdi idim. İlk oxuduğum kitab “Koroğlu” dastanı idi. Orada bilirsiniz də Koroğlunu necə təsvir edirlər. Hündürboy, enlikürək, cüssəli... Elə uşaqlıq yaddaşıma da birdəfəlik belə yazıldı. Mən Tağını ilk dəfə görəndə elə bildim ki, Rövşəndir”.

İllər keçib. Hər ikisi əl-ələ verib ailə-uşaq sahibi olub.

Tağı Əhmədovun işi daha ağır olduğundan Salatın xanım bunu daim nəzərə almağa çalışıb:

“Çətin vaxtlarımız da az olmayıb. Elə vaxtımız olub ki, çörək almağa da pulumuz olmayıb. Hər Tağı müəllim evə gec gəlirdi. Yorğun olurdu. Mən heç vaxt onu sorğu-sualla yükləməmişəm”.

“Daşdan yumşaq nə olsa, yeyirəm”- deyən Tağı Əhmədov bu mənada o qədər də tələbkar olmadığını söyləyib. Salatın xanım isə hər şeyin, həm də yeməklərin ömür yoldaşının ürəyincə olmasına çalışdığını qeyd edib:

“Mən o tərəfin də yeməklərini öyrəndim. Naxçıvanın Ərzuman kiftəsini çox bəyənirəm. Amma ona mütləq Naxçıvanda bitən mərzə vurulmalıdır. Yoxsa o dadı vermir”.

Tağı Əhmədov illərlə gərgin iş rejimində işləməsinin əsəblərinin pis təsir etdiyini də bildirib:
"Metroda işləyən vaxt əsəblərim çox həssas idi. Hər söz mənə toxunurdu. Amma indi dünya vecimə deyil...

Tağı Əhmədov deyib ki, nəvələrinin biri onun adını, digəri isə təxəllüsünü daşıyır. Bu iki ömür-gün yoldaşının indi ən böyük arzusu 4 yaşlı nəvələrinin toyunu görməkdi.




Xəbəri paylaş

9948 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___