Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sahil Babayevin mətbuat konfransından sonra narazılıq daha da atrıb" - Razi Nurullayev
Tarix: 08-04-2020 | Saat: 16:07
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət | çapa göndər

"Sahil Babayevin mətbuat konfransından sonra narazılıq daha da atrıb"-  Razi Nurullayev

"Əmək və Əhalinin Sosial müdaiəsi naziri Sahil Babayevin dünənki mətbuat konfransından sonra narazılıq daha da atrıb. Belə ki, işləməyən vətəndaşlara veriləcək 190 manatla bağlı elan olunan şərtlər əksəriyyət tərəfindən təpki ilə qarşılaşıb".
Bu barədə açılama verən Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, Azərbaycanda 5 milyon 190 min iqtisadi fəal əhali var və bunlardan 1 645 mini muzdla işləyənlərdir.
Onun sözlərinə görə, ayrılan vəsait də onlar arasında bölünür: 
“3 milyon 545 min insan necə dolanacaq və necə evdə qalacaq? Məşğulluq idarələri haqqında vətəndaşlar düzgün məlumata malik deyillər deyə, işsiz və ehtiyacı olanlar adlarını yazdırmayıblar. Yaxud da onların təklif etdiyi aylıq haqq kiçik olduğu üçün də onların təklifindən imtina ediblər. Bir milyondan çox vətəndaş ev kirayə verib, kiminsə evində qulluqçuluq edib, bəziləri usta, rəngsaz, çilingər işləyib, kiminsə həyətində yer şumlayıb, arx qazıb, çəpər çəkib, qadınlar paltar yuyub, təmizlik işləri yerinə yetirib, amma adları qeyd olunmayıb. Bu təbəqəyə aid vətəndaşlar bir-biri ilə dolanıblar. İndi onlar necə evdə oturacaq və necə dolanacaqlar? “Evdə qal” demək asandır, axı həm də evdə qalanları təmin etmək lazımdır”.



4238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___