Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şirvan Şəhər Məhkəmə sədri Elçin Qurbanov sözünü tutmadı... Ədalətsiz Qərar çıxartdı.
Tarix: 14-11-2019 | Saat: 01:05
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

24 oktyabr, 2019- cu il tarixində Şirvan şəhər Məhkəmə sədri Elçin Qurbanov çox ədalətsiz bir Qərar çıxartdı.Belə ki, Vərəsəlik hüququndan irəli gələrək ata mülkündən miras payını əldə etmək iddiası ilə Məhkəməyə müraciət etmiş 7 övladdan biri olan Qafarova Cəmilə Ağaşirin qızı Şirvan şəhəri Əzizbəyov küçəsi 38 saylı sahədə 45 nömrəli , 3 otaqlı ata mülkündən qanuni miras payını ala bilmir. Buna səbəb isə məhz məhkəmə süründürməçiliyidir.

 Qeyd edək ki, sözügedən evə dair hüquqmüəyyənedici sənəd 1961ci ildə tərtib olunmuş Texpasport sənədi və 1983 cü il müüvafiq Protokol sənədi də mövcuddur. 

Burada təəccüb doğuran hal bundan ibarətdir  ki, Cavabdeh tərəf Qafarov  ƏliQismət Ağaşirin oğlu iddiaçı vərəsə olan Qafarova Cəmilə Ağaşirin qızının qardaşı olaraq , bacısına miras payı verməkdə Məhkəmə işini aparan sədr Elçin Qurbanova ilk öncə bölünmənin aparılaraq ona verilməsini məcburiyyət qarşısında qalıb bucür bildirdi.

 Deməli, Qərar çıxmadan 10 gün əvvəl keçirilən məhkəmə prosesində hakim Elçin Qurbanov Cavabdehə bucür sual ünvanladı: 

-Yoldaş Qafarov, bu Cəmilə Qafarova sizin bacınız olduğunu təsdiqləyirsinizmi?

-Bəli, deyə Qafarov Qismət bunu təsdiqlədi.

Daha sonra Sədr Hakim olaraq Cavabdehə  bucür sadə misalla xatırlatma verdi:

-Qafarov , bu bir topdur, bu 7 yerə bölünməlidir, ailədə valideynlər vəfat etdikdən sonra 7 uşaq qalmısınız və buna görə də qanun deyir ki, miras 7 yerə bölünməlidir!

Cavabdeh Qafarov ƏliQismət isə  hakimin bu fikrinə belə cavab verdi:

-Bölünür, necə bölünməlidir,  qanuni bölünsün də!

Daha sonra Hakim bu ev barədə hansı hüquqverici sənəd olduğunu soruşdu.

 Qafarov Əliqismət İşi aparan  hakim Elçin Qurbanova bir sarı rəngli A-4 formatlı köhnəlmiş kağız sənəd təqdim etdi. Hakim bu sənədə baxlb məhkəmə zalında elan edərək bildirdi ki, bəli, bu sənədin adı məhz həmin evə dair olan Qeydiyyat Vəsiqəsi adlı möhürlü sənəddir ki, onun üzərində də sözügedən ata mülkünün ölçüləri yazılan göstəricilərin də olduğunu vurğuladı.

Dərhal, mən də iddiaçı Qafarova Cəmilə Ağaşirin qızının notarial etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olaraq hakimə bu fikri bildirdim: 

-Möhtərəm hakim, demək  bu evə dair lazımi sənəd də var da, daha miras payı bölgüsündə heçbir problem olmamalıdır da? 

Ən əsası da bu Qeydiytat sənədinin özü 2006-cı ilə dək olan hüquqverici sənədlər içində mülkiyyət üzərində hüquqi əsas yaradır. Yəni bu sənəd 2006-cı ilədək bütün yaşayış evlərinə Daşınmaz əmlak Reyestr Xidməti yaradılanadək verildiyindən bu sənəd öz hüquqiliyini saxlayır. 
Hansı ki, bu fikri məhz Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi Şirvan idarəsinin ümumi şöbəsindən İmamverdi adlı səlahiyyətli şəxs də bildirmişdi mənə ki, bəli siz məhz o sənədlə miras payını əldə edə bilərsiniz.

Lakin çox təəssüf olsun ki, 24 Oktyabr 2019-cu ildə məhkəmə sədri ,hakim Elçin Qurbanov nəinki, bu Mülkiyyət üzərində hüquq yaradan  Qeydiyyat vəsiqəsi adlı sənədə əməl etmədi, hətta bundan öncəki keçirilən məhkəmə prosesindəki özünün də loru misal çəkdiyi top və 7 pay məsələsinə belə əməl etməyərək çox ədalətsiz bir qərar çıxartdı. 

Qarşı,   yəni iddiaçı tərəf olaraq biz indi yuxarı instansiya məhkəməsi olan Apellyasiya məhkəməsinə müraciət edəcəyik.

İnanırıq ki, Vərəsəlik hüququndan irəli gələrək hərkəsin miras payı əldə ermək hüququnun  olması əsas götürülərək İddiaçı Qafarova Cəmilə Ağaşirin qızına atasından qalan mülkündən 7 paydan biri olan miras payı Şirvan Apellyasiya məhkəməsində ədalətli şəkildə həll olunacaq.
Mövzunu diqqətdə saxlayırıq.

Xəyyam Qurbanlı.



1438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___