Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Davudoğlunun vəzifədən getməsinin şok səbəbi
Tarix: 05-05-2016 | Saat: 12:26
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Davudoğlunun vəzifədən getməsinin şok səbəbi
Ötən gün Türkiyə Prezident Sarayında Ərdoğan-Davudoğlu görüşü və ictimaiyyətə ötürülən mesajlar qardaş ölkənin gündəmini dəyişib.

Axar.az xəbər verir ki, Baş nazir Davudoğlunun Prezident Ərdoğanla görüşdən sonra bu gün yerli vaxtla 11:00-da AKP-nin gözlənilən qurultayında sədrliyə namizəd olmayacağını açıqlayacağı istisna edilmir.

“Milliyyət” qəzetinin yazarı Serpil Çevikcan Ərdoğanın Davudoğluna “Doğru olanı edin, qurultayı toplayın, təhvil verin” dediyini yazıb. Bu iddiaların nə qədər həqiqət olduğu az sonra üzə çıxacaq.

Bəzi analitiklər AKP-nin yeni sədri və Türkiyənin baş naziri olacaq namizədlərin adlarını da hallandırmağa başlayıblar.

Tanınmış politoloq, hazırda Türkiyədə yaşayan Fərhad Mehdiyev Axar.az-a açıqlamasında vurğulayıb ki, Ərdoğan Davudoğlunu dəstəkləmirdi. Politoloq istefanın səbəbi barədə müşahidəsini də dilə gətirib:

“Qanunvericiliyə uyğun olaraq, hazırda Baş nazir Davudoğlunun səlahiyyətləri Prezident Ərdoğanın səlahiyyətlərindən daha genişdir. İstefanın səbəbi isə Davudoğlunun prezident respublikası yolunda konstitusiya islahatına qarşı çıxmasıdır”.

Davudoğlunun konstitusiya islahatına qarşı sona qədər mübarizə apardığını vurğulayan F.Mehdiyev yeni baş nazir kimi adı hallanan 5 AKP-çidən Bəkir Bozdağın şanslarını yüksək qiymətləndirib:

“Davudogludan sonra başnazirliyə ən şanslı namizəd Bəkir Bozdagdır. Çünki Bəkir Bozdağ şəxsi fikrə sahib olmayan zəif siyasətçidir. Onun siyasi baxımdan zəif cəhəti mitinq meydanlarında da özünü göstərdi, Bəkir Bozdağ yaxşı natiq deyil. Halbuki AKP yenidən seçimlərə gedə bilər. Amma noyabr seçkiləri göstərdi ki, Ərdoğan lazım olanda özü də mitinq meydanlarına enə bilir”.

F.Mehdiyev adı başnazirliyə namizədlər arasında hallanan Təbii Ehtiyatlar və Energetika naziri, Ərdoğanın kürəkəni Berat Albayrağın şanslarını daha aşağı dəyərləndirib:

“Hesab edirəm ki, aşırı tənqidlərə tuş gələcəyi ehtimalı ilə Ərdoğan bu addımı atmayacaq”.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___