Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Beynəlxalq Kombat Ciu-Citsu Federasiyası" -nın növbəti konfransında
Tarix: 26-10-2019 | Saat: 21:00
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / İdman / Müsahibə | çapa göndər

Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti və 1-ci vitse-prezidenti "Beynəlxalq Kombat Cui-Citsu Federasiyası"nın konfransında iştirak ediblər.Regionda fəaliyyət göstərən Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov və federasiyanın 1-ci vitse-prezidenti Rəsul Məmmədov Kievdə keçirilən dünya çempionatı çərçivəsində "Beynəlxalq Kombat Ciu-Citsu Federasiyası" -nın növbəti konfransında iştirak ediblər.Konfransda federasiyaların gələcəkdə baş tutacaq birgə təqvim planları ilə bərabər regionda Kombat Ciu-Citsu idman növünün inkişafı perspektivləri də müzakirə olunub.
Bununla yanaşı həm də Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının hakimlər komitəsinin sədri olan Rəsul Məmmədov yeni hakimlərin təyin olunması üçün seminar təşkil edərək onların attestasiyasında iştirak etmiş, həmçinin yeni lisenziya alan hakimləri qaydalarda edilən dəyişikliklərlə tanış etmişdir.
"Xeberaz.az" xəbər verir ki, 20 ölkədən 345 idmançının iştirak etdiyi çempionatda yarışlar güləş, tamkontaktlı döyüş və özünümüdafiə olmaqla üç kateqoriyada keçirilib. 
Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rəsul Məmmədovun rəhbərliyi ilə ölkəmizin yığması bu tədbirdə 5 nəfərlik heyətlə iştirak edib.
“Güləş” kateqoriyasında 16-17 yaşlı idmançılar arasında yarışlarda Fidan Yusifova (60 kq) və Yasər Əhədli (60 kq) qızıl medal qazanıblar. Tamkontaktlı döyüş yarışlarında da çıxış edən Yasər Əhədli bu döyüşdən gümüş medal qazanıb. Eyni kateqoriyada çıxış edən Zaur Məmmədov (70kq)  bürünc medalla kifayətlənməli olub.
Yaşlı idmançıların yarışlarında “Özünümüdafiə” kateqoriyasinda çıxış edən Vüqar Cəfərov (77 kq) bürünc medala layiq görülüb.
92 kq. çəki dərəcəsində “Güləş” kateqoriyasında çıxış edən Ramin Kazımov da bürünc medal qazanıb.
Beləliklə, 6 medal qazanmış Azərbaycan yığması ümumi komanda hesabında üçüncü yeri tutaraq dünya çempionatının komanda kuboku ilə təltif edilib.
Yarışın və konfransın sonunda Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev  Azərbaycan komandasının  üzvləri ilə görüşərək əldə etdiyi nəticələrə görə onları təbrik etmiş, ölkəmizi sərhədlərimizdən kənarda da layiqincə təmsil etdikləri üçün öz minnətdarlığını bildirmiş və onlara gələcəkdə də uğurlar arzulamışdır.
Onu da qeyd edək ki, yarışda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları fəal iştirak edərək idmançılarımız üçün əllərindən gələn dəstəyi əsirgəməmiş və onlara mənəvi dayaq olmuşlar.
Onu da qeyd edək ki, NESS (Norton Enterprises Support Services) şirkəti tərəfindən Azərbaycan idmançılarının dünya çempionatında iştirakına xüsusi dəstək göstərilmişdir.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___