Hansı məhsullar bahalaşıb? - RƏSMİ
Tarix: 10-09-2019 | Saat: 16:57
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / M2 | çapa göndər
2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz bahalaşıb.
"Xeberaz.Az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.
Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.
Ay ərzində pasterizə olunan üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma olub.
Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunan üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Xəbəri paylaş
4978 dəfə oxunub.
Digər xəbərlər

19-06-2016, 11:41
Prezident: “Bədxahlar nə qədər çalışsalar da…”
28-02-2018, 16:11
Azərbaycanlı uşaq Sarkisyana müraciət etdi - Görüntülər internetdə rekord qırdı (VİDEO)
23-10-2017, 16:30
Məhbuslar qaçıb, yoxsa qaçırılıb?
31-05-2017, 14:17
Evlilik verilişindəki Əlinin sevgilisinin avtomobildə başqa oğlanla VİDEOSU yayıldı
2-12-2016, 20:45
Güclü külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə
22-10-2015, 12:28
Artur Rasizadə daha bir qərarını ləğv etdi
9-01-2020, 10:07
Futbolçunun həyat yoldaşı çılpaq şəkilini paylaşdı - FOTO
27-08-2015, 21:28
Aygün Kazımova özünü gülməli vəziyyətə saldı - VİDEO