Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Ziya məni yalnız icazə verdiyim yerlərdən öpüb”-VİDEO
Tarix: 14-06-2019 | Saat: 14:30
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

"Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın" -  Sevinc


“Dalan” filmindəki sevişmə səhnəsi ilə sosial mediada müzakirə edilən aktrisa Sevinc Əliyeva çəkiliş zamanı yaşadıqlarından danışıb.
Xəbəraz.Az xəbər verir ki,aşam.az-ın suallarını cavablandıran sənətçi ekran işində dublyorun oynamasına icazə vermədiyini deyib:
“Sevişmə səhnəsinə çəkilməyim problem yaratmadı. Düzü, filmin çıxmasından çox qorxurdum. Əslində, böyük bir şey yox idi. Sadəcə, çox şişirildi. Təqdimatın səhəri günü dedim ki, interneti bağlayacam, amma gözlədiyim pis reaksiyanı görmədim. Bəlkə də, rəyləri oxumamışam, bu, ona görə olub. Orada elə də açıq-saçıq səhnələr yox idi. Bütün etik qaydalar qorunmuşdu. Filmin məzmununda xəyanət olmalı idi, bu, sevişmə səhnəsi olmadan isə mümkünsüz görünürdü.
Çəkilməyə razı olanda demişdilər ki, mənim yerimə dublyor olacaq. Həmin səhnələr isə çox açıq olacaqdı. Əvvəlcə, dedim ki, mənə nə var, dublyor oynasın. Daha sonra anladım ki, əgər yerimə dublyor çəkilsə, o səhnələrdəki qadının özüm olmadığımı sübut edə bilməyəcəm və nəticə daha pis olacaq. Ona görə rejissorla danışıb, özüm çəkilməyə qərar verdim. Düzünü desəm, nə qədər pul verirlərsə, versinlər, orada öpüşmək, soyunmaq varsa, qəbul etmərəm. Bu filmdə isə sevişmək lazımlı idi”.
Əliyeva ekran işindəki partnyoru Ziya Ağanın çətin anlar yaşadığını da söyləyib:
“Sevişmə səhnəsində çox sıxılırdım. Ziyanı stressimlə dondurmuşdum. Çox əziyyət çəkirdi. Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın. Həmin səhnə bir dubla çəkilib. Dedim ki, vəssalam, bundan artıq oynaya bilməyəcəm. Onu da deyim ki, Ziya məni yalnız icazə verdiyim yerlərdən öpüb”.
Aktrisa yenidən belə bir səhnədə rol ala biləcəyinin istisna olmadığını da vurğulayıb:
“Bədii tərəfdən yaxşı təqdim edilən bir film olsa, yenə də sevişmə səhnəsinə çəkilərəm. Bəlkə də bu filmdən sonra arxamca danışdılar, amma üzümə heç nə deyən olmadı”.
Sevinc yeni mövsümdən teatr aktrisası kimi tamaşaçıların qarşısına çıxacağını da bildirib:
“Səhnə üçün darıxmışam. Qoy məni teatr aktrisası kimi də tanısınlar”.




5228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___