Prezident hərbi xidmətə çağırış haqqında sərəncam verdi
Tarix: 07-03-2016 | Saat: 21:02
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
"Xəbəraz.az " bildirir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə qərara alıram:
1. 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2016-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün".
Xəbəri paylaş
1 9288 dəfə oxunub.
Digər xəbərlər

9-05-2022, 12:18
Faşizm üzərində qələbədən 77 il ötür
3-09-2017, 16:12
İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü
27-06-2015, 15:04
Türkiyədə meyiti tapılan Nicatın ayaqqabısının içindən sevgilisinə yazdığı məktub çıxıb- Video
19-06-2020, 13:38
Milli Məclisdə bəzi təhsil müəssisələri ilə bağlı layihə qəbul edildi
7-03-2016, 11:20
Bakıda “Range Rover” qəza törətdi: Ölənlər var
9-10-2015, 13:37
Ərdoğanın hədəsi, Putini gözləyən itki və Azərbaycanın şansı
3-03-2016, 09:54
Azərbaycanda dolların məzənnəsi bahalaşdı (RƏSMİ)
2-10-2018, 11:39
Ağır qəza törədən avtobus sürücüsü narkoman çıxdı - Həbsdə də olub