Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oruc tutub, iftardan sonra spirtli içki İÇƏNLƏR...
Tarix: 23-05-2019 | Saat: 15:54
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Spirtli içki qəbul etmək hər bir müsəlman üçün Allahın haram etdiyi əməllərdəndir. Bəzi insanlar var ki, onlar müqəddəs Ramazan ayında da spirtli içki qəbul edirlər. 
İlahiyyatçı Elvüsal Məmmədov bildirib ki, hər bir müsəlman Allaha inanırsa, onun bizlərə əmr etdiyi qadağalardan çəkinməli, buyurduqlarına riayət etməlidir.
 
“Ümumiyyətlə, spirtli içki müsəlmanlara haram buyurulub. Ramazan ayına gəldikdə isə müsəlman bilməlidir ki, Allaha itaət konkret vaxtla hesablanmır. Elə bir qayda yoxdur ki, bir müddət Allaha itaət olunsun, sonra isə yox. Ramazan ayında təbii ki, insanlar içkidən uzaq durmalıdırlar. Spirtli içki qəbuluna görə insanları qruplara ayırmaq olar. Alkaqolun təsiri ilə içki aslılığından əziyyət çəkən insanlar və sıradan içki qəbul edən insanlar. Elmdə məlumdur ki, alkoqolun tərkibində narkotik maddə olduğuna görə insanlar içkiyə bağlı şəkildə yaşamağa başlayırlar". 
 
Elvüsal Məmmədovun sözlərinə görə, bəzi insanlar oruc tutub, iftardan sonra içki qəbul edirlər.
 
“Çox vaxt buna qarşı çıxan insanlar olur. Lakin bu tamamilə yanlışdır. Bəli, qeyd etdiyim kimi içki haramdır, amma bu o demək deyil ki, günah iş görülürsə, savab iş görülməməlidir. Ümumiyyətlə dində hər hansı bir günah əməl savab əməlin edilməsinə əngəl deyil”.
(modern.az)


Xəbəri paylaş

6418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___