Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Niyam əsəbiləşdi: “Evlənməyi Aynur özü təklif edib”
Tarix: 23-04-2022 | Saat: 10:46
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər





Müğənni Niyam Salami duet ortağı Aynur Dadaşovaya evlilik təklif etməsinə və qarşı tərəfin bunu yalan adlandırmasına münasibət bildirib. 
Məsələ ilə bağlı danışan Niyam bildirib ki, Aynura qarşı fikri ciddi olub və evlənmək niyyəti gerçəkdir:
"Aynur Dadaşova ilə duet oxuduq, dost münasibətimiz oldu. Sonra o xanımdan istilik gördüm. Ona etiraf etdim ki, sevgi hisslərim yaranır. Evlənməyi isə mənə Aynur özü təklif edib. And içirəm ki, mən yalan danışmamışam. Mənim hazırda o qədər işim var ki, bu cür məsələlərlə gündəmə gəlmək lazım deyil. Gündəmə gəlsəm, başqa mövzular seçərəm. 
Aynurla öz aramızda danışdıq, sonra çıxıb deyir, mən ərə getmərəm, ailəm, böyük övladlarım var. Bu nə demək idi, başa düşmədim. Aynur dostumdur, çox istədiyim insandır. Amma belə etmək lazım deyildi".
Qeyd edək ki, Niyam Aynur Dadaşovaya evlilik təklifi etdiyini, toylarının yayda olacağını söyləmişdi. Dadaşova isə həmin açıqlamadan sonra deyib:
"İnsan bir dəfə sevər. Heç vaxt ailə qurmayacağam. Mənim o yaşım deyil, övladlarım var. Niyam canımdır, küçədə deyirlər Allah xoşbəxt etsin. Utanıram, bilmirəm nə cavab verim. Aynur Dadaşovanın həyatında ailə qurmaq heç vaxt ola bilməz. Bu gün-sabah özüm qayınana olacağam. Xahiş edirəm, bu mövzunu yığışdırın. Bir ana, övlad kimi deyirəm, düzgün formada yazılsın bu məsələ”. 


Xəbəri paylaş

3788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___