"Laçın" Ticarət Mərkəzinin sahibinə hökm oxundu
Tarix: 23-05-2019 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb. Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
Xəbəri paylaş
4328 dəfə oxunub.
Digər xəbərlər

16-02-2017, 01:37
“Qalatasaray”ın yeni baş məşqçisi nə qədər qazanacaq?
7-07-2021, 10:11
Dibçəkdə yetişdirilən vaksin: Azərbaycanlı professor COVID-19 əleyhinə bitki peyvəndi hazırladı
18-06-2016, 11:54
Bu gün Milli Məclisə seçki keçirilir
1-04-2022, 12:26
Gəncə avtovoğzalının direktorundan HƏYƏCAN TƏBİLİ: - “Sərxoşlar, narkomanlar sərnişin daşıyır”
6-06-2019, 13:01
“YouTube” yeni qadağa tətbiq etdi
15-08-2023, 18:35
"Volt Azərbaycan" SÜKUTU POZDU: "Fəaliyyətimizi davam etdiririk"
19-07-2018, 10:55
Adnan Oktar ilk ifadəsində nələr dedi? - "11 yaşlı qızı..."
24-10-2015, 12:08
Aygün Kazımova saç rəngini dəyişdi - foto
27-11-2016, 10:00
Güləşçilərimiz 7 medal qazandı - Foto
7-08-2020, 17:14
Bandotdel"dən əməliyyat - Bir nəfər saxlanıldı (FOTOLAR)