"Laçın" Ticarət Mərkəzinin sahibinə hökm oxundu
Tarix: 23-05-2019 | Saat: 12:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb. Faktla bağlı rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
Xəbəri paylaş
4288 dəfə oxunub.
Digər xəbərlər

25-06-2015, 13:15
Ermənistanın rus rəisi Moskvaya qaçıb
10-12-2018, 09:45
“Kontakt Home”dan daha bir fırıldaqçılıq - 128 faizlə telefon satılır
8-08-2023, 09:36
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR – Bu tarixdə...
10-10-2015, 18:15
Millimizin son ev oyunu
31-12-2021, 14:53
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
29-06-2017, 10:06
Satışda təhlükəli qarpızlar var - Diqqətli olun!
9-05-2015, 00:41
22 yaşlı oriyental rəqqasə evində ölü tapılıb.
22-07-2016, 11:10
Olimpiadada terrora hazırlaşan cinayətkar dəstə həbs olundu
11-11-2021, 10:25
Bakıda küləyin fəsadlarından 11 nəfər xəsarət alıb, 70 ağac aşıb