Məhərrəm ayının başlama vaxtı AÇIQLANDI
Tarix: 21-08-2018 | Saat: 12:58
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər
"Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq".
Xeberaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, plana uyğun olaraq, görüşlər keçiriləcək, müzakirələr aparılacaq: "Məhərrəmlik ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər. Hesab edirəm ki, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər İslami dəyərlərə söykənir. Məhərrəmlik ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir".
M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir: "Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Bunlar olacaqsa, onlar dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".
Xəbəri paylaş
8308 dəfə oxunub.
Digər xəbərlər

10-10-2017, 11:11
Azərbaycanda elə uzunömürlülər var ki, ömründə həkimə getməyiblər
5-06-2017, 15:12
“Qarabağ”dan transfer bombası – 4.5 milyonluq futbolçu
28-12-2018, 10:33
Bakıda dəhşətli hadisə - İki gənci maşında güllələdilər
13-12-2017, 13:12
Türkiyənin tanınmış iş adamı oğlunu öldürüb
9-10-2015, 13:37
Ərdoğanın hədəsi, Putini gözləyən itki və Azərbaycanın şansı
6-07-2018, 10:16
Fermerlərə xəbərdarlıq
29-10-2021, 16:34
Şənbə günü yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq - PROQNOZ
20-08-2016, 22:47
Kadir Doğuludan Neslihana sürpriz doğum günü hədiyyəsi - FOTOLAR
21-02-2017, 14:47
Oyunlara harda baxaq? – TV-lərin siyahısı
26-07-2019, 17:26
Məşhur restoranda “şumlama əməliyyatı”: - Qurdlar süfrəsindəki bölgüdə kimlərin adı var?