Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Leysan yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
Tarix: 09-06-2017 | Saat: 12:43
Bölmə:Filmlər / Gündəm | çapa göndər



İyunun 10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən Xəbəraz.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 18-21° isti, gündüz  27-32° isti, Bakıda gecə  19-21° isti, gündüz  29-31° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz  45-55 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havaəsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir. 
 
İyunun 10-11-də bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Xəbəri paylaş

5558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___