Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərsığorta" rəhbərliyinə ŞOK İTTİHAMLAR... - Sənədlər necə saxtalaşdırılır...
Tarix: 17-02-2022 | Saat: 00:25
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər

Sizi Azərsığorta kommersiya şirkətinin bədnam və soyğunçu əməlləri barədə məlumatlandırmağı və tədbir görməyinizi istəyirik. Bu fırıldaqçı şirkət uzun illərdir ki, loxotron sistemi yaradaraq əhalini çapıb talayır. Hər il xalqdan 100 milyonlarla pul yığır, amma sığorta ödəmək vaxtı gələndə müxtəlif bəhanələrlə və bıabırçı üsullarla pul ödəməkdən imtina edir, nəticədə insanlar fəlakət və müsibətlə üz-üzə qalırlar. Biz bir qrup şikayətçi dövlətimizə məktub yazıb xahiş etmişik ki, Azərsığorta kimi fırıldaqçı şirkətlər Azərbaycanda qadağan olunsun, onların cinayətkar əməlləri hüquq müstəvisində araşdırılsın". DİA.AZ bildirir ki, bu barədə Alı Vüsalın məqaləsində deyilir.

Məqalədə müəllifi daha sonra yazır: "Azərbaycanda on minlərlə insan Azərsığorta şirkətinin qurduğu piramida tipli loxotron sisteminin qurbanına çevrilib. Azərsığorta Azərbaycan vətəndaşlarının maşınlarını, əmlaklarını sığorta edir, o cümlədən müharibə veteranlarının sığortalanmasını da öz cənginə keçirdib. Hansı ağılla bu cür fırıldaqçı şirkətə müharibə veteranlarının sığrtalanmasını etibar etmək olar? Adam vətən uğrunda canını qoyaraq minaya düşür, amma gəlir Bakıya, Bakıda Azərsoğorta onu təzədən minaya salır, həyatını puç edir. Fikir versəz görərsiz ki, Azərbaycanda minlərlə adam Azərsığorta şirkətinin qapıları önündə sürünür, yalvarır, imdad istəyir, lakin Azərsığorta şirkəti onların birinə də olsun real kömək etmir. Azərsığortanın xalqa köməyi yalnız kağız üzərindədir, onun özünə qurduğu bahalı reklam kampaniyalarındadır. Reallıqda isə Azərsığorta xalqın qanını içən cinayətkar yuvasıdır. Dövlətimiz bu cinayətkar yuvası haqqında tədbir görməlidir. Bu xalqın tələbidir, hüquqları pozulmuş, aldadılmış, ələ salınmış müharibə veteranlarının istəyidir.

Bu gün Azərbaycanda böyük bir veteranlar ordusu Azərsığorta şirkətinin Departament direktoru Xəyyam Hətəmovla müharibə vəziyyətindədirlər. Veteranlar bu barədə dəfələrlə Mərkəzi Banka şikayətlər ediblər, lakin nədənsə Mərkəzi Bank veteranlara kömək etmək, dəstək vermək əvəzinə

Xəyyam Hətəmovu dəstəkləyir, onun dediklərinə ləbbeyk deyir. Mərkəzi Bank Azərsığortanı ölkə qanunverciliyinə riayət etməyə, qaydalarla işləməyə çağırmaq əvəzinə veteranlara deyir ki, gedin Xəyyam Hətəmovla dil tapın, sizin problemlər bizlik deyil. Mərkəzi Bankı Xəyyam Hətəmovla nə bağlayır? Nəyə görə Mərkəzi Bank Xəyyam Hətəmovdan qorxur? Mərkəzi Banka vətən üçün canını qoymuş, əlil və yarımçılıq olmuş hərbçilər vacibdir, yoxsa adi bir loxotron şirkətinin rəhbəri?

Azərsığorta şirkəti Azərbaycanda elə oyunlar çıxarıb ki, bu oyunlar MDB ölkələrinin heç birində çıxarılmayıb. Azərbaycan xalqını aldadıb o qədər pullar yığıblar ki, başqa heç bir respublikada belə soyğunçuluqlar törədilməyib. Törədə də bilməzdilər. Görünür Azərbaycan xalqını zəif görüblər, ona görə də xalqı aldadaraq milyonlara sahibləniblər. O qədər harınlaşıblar ki, veteranlarımızı da saymırlar, onları insan yerinə qoymurlar. Bu gün Azərsığorta xalqdan milyonlarla pul topladığı halda xalqın adi veteranları belə onun qapısında əl açıb dilənir, öz halal haqqı olan sığorta pulunu istəsə də, veteranları rədd edib dövlətdən narazı salırlar.

Biz bu gün sizə hüquqları pozulmuş şəxslər kimi müraciət edirik. 8 ildir ki, halal haqqımız olan sığorta pulunu Azərsığortadan ala bilmirik. Ona görə də bəzi məsələlərə aydınlıq gətirmək istəyirik.

Azərsığortanın bu gün əsas önəm verdiyi fırıldaq sxemlərindən biri Forma 4 deyilən sənəddir. Azərsığorta vətəndaşlara pulu həmin sənədin hesabına buraxır. Forma 4-də avtoqəza baş verən zaman yaranmış situasiya göstərilir. Lakin Azərsığorta şirkətinin Departament direktoru Xəyyam Hətəmov Forma 4-ə baxıb pulu ödəmək əvəzinə, ürəyi istədiyi vaxt həmin sənədi qəbul edir, ürəyi istədiyi vaxt isə qəbul etmir. Bu adam o qədər özünə arxayındır ki, ürəyi istədiyi vaxt Forma 4 sənədini iqnor edir. Bu səlahiyyəti ona kim verib? Əsas məqsəd də odur ki, əhaliyı daha az sığorta pul ödənsin, yığılmış pullar isə Azərsığortanın “daxili xərclərinə” xərclənsin.

Hər il Azərsığorta tərəfindən əhalidən 100 milyonlarla sığorta pulu yığılır. Müvafiq dövlət orqanları, hüquq mühafizə orqanları bu pulun taleyi ilə maraqlanmalıdırlar. Bu pullar necə olur, hara yoxa çıxır? Axı Azərsığorta şirkəti həmin pulun heç cüzi hissəsini belə avtoqəzada xəsarət alanlara ödəmir! Əvəzində isə Xəyyam Hətəmov kimi direktorların xarici ölkələrdə, Antalyada, Almaniyada aldığı mülklərin sayı get-gedə artır.

Faktiki olaraq Xəyyam Hətəmov Azərbaycan veteranlarının pulu ilə xaricdə özünə mülklər alır. Bu açıq-aşkar təxribatdır, belə ki veteranlarda dövlətə qarşı böyük narazılıq yaradır.

Mən sizə telefon danışığımızı təqdim edirəm. Telefon danışıqlarında Mərkəzi Bankın nümayəndəsi bildirir ki, sizə o pul düşür və ödəniləcək. Lakin Xəyyam Hətəmov hegemonluğunu salaraq pulu ödəməkdən imtina edir.





Biz bu gün Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən xahiş edirik ki, Azərsığorta şirkətinin Forma 4 sənədləri, eləcə də digər mühasibat sənədləri köklü şəkildə yoxlanılsın. Xəyyam Hətəmov Azərbaycan qanunverciliyini plastilin şəklinə salıb, ona istədiyi formanı verə bilir. Şikayətlərimizi Mərkəzi Banka edirik, ordan isə bizə bildirirlər ki, biz Xəyyam Hətəmovla bacarmırıq, gedin onu məhkəməyə verin, işinizi məhkəmədə həll edin.

Biz sizə 3 fərqli situasiya ilə əlaqədar Forma 4 təqdim edirik ki, görün bu Forma 4-lərə müxtəlif yanaşmalar hansı Azərbaycan qanunvericiliyinə sığar? Onda görəcəksiniz ki, Xəyyam Hətəmovun əməlləri necə əndirəbadidir! O prokurorluq işçilərini də aldararaq öz işlərini həyata keçirməyə müvəffəq olar.

Fikir verin, 3 dəfə avtoqaəza baş vermişdir, Xəyyam Hətəmov hər dəfə Forma-4 məsələlərinə müxtəlif formada yanaşmışdır. Birində demişdir ki, hökmən Forma-4 lazımdır, pulu buraxmamışdır, o biri hadisədə Forma-4 olduğu halda pulu ödəməkdən imtina etmişdir, üçüncü hadisədə isə pulu saxta forma 4 əsasında buraxmışdır!

1-ci hadisə. 23.11.2013-cü ildə 90-JP-017 dövlət nömrə nişanlı avtomobilin piyadanı vurması nəticəsində baş vermiş qəzaya görə sığorta pulu ödəməkdən imtina edir, deyir ki, hökmən Forma-4 lazımdır.

2-ci hadisə. 08.04.2014-cü ildə 50-AE-109 dövlət qeydiyyat nişanlı avtobusla 90-CH-537 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. 2 adam ölmüşdür, 18 nəfər xəsarət almışdır. Həmin hadisədə avtobusda biz müharibə qaziləri Məmmədov Samir Ağəmməd oğlu və digər qazilər da olmuşuq, xəsarətlər almışıq. Azərsığortaya Forma-4 təqdim olunsa da, Xəyyam Hətəmov həmin sənədi tanımaqdan imtina edir və sığorta pulunu ödəmək istəmir. 1-ci hadisədən fərqli olaraq deyir ki, pulun buraxılması üçün Forma-4 əsas deyil.

3-cü hadisə. 31.08.2012-ci ildə 10-TF-428 dövlət qeydiyyat nişanlı avtobusla qatar toqquşmuşdur. Bu hadisəyə görə 50 min manata yaxın pul ödənilmişdir. Halbuki bu işin içindəki Forma-4 saxtadır. Forma 4-ü qanunla DİN verməli idi, həmin işdə isə aidiyyatı olmayan başqa orqan vermişdir. Xəyyam Hətəmovun bu cür oyunları çoxdur.

İndi biz müharibə veteranları girinc qalmışıq. Bilmirik Xəyyam Hətəmova Forma-4 verək, ya verməyək, yoxsa saxta Forma-4 düzəldib verək ki, 3-cü işdəki kimi bizə yetərincə pul buraxsın?

Azərsığorta şirkətinin bu cür saxtakar işləri yetərincədir. Dövlət orqanlarından xahiş etmişik ki, ən aşağısı bu 3 işin içindəki Forma 4-ləri yoxlasın, onların bir-birindən necə fərqlənməsinə baxsın. Ən əsası da 3-cü işdə saxta Forma 4-lə pul buraxılmasına hüquqi müstəvidə qiymət versin.

Baş Prokurorluqdan, Hesablama Palatasından, Maliyyə Nazirliyindən, İnvestisiya Holdinqindən xahiş etmişik ki, Xəyyam Hətəmovun bu saxtakarlıqlarını diiqqətlə araşdırsınlar".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...



Xəbəri paylaş

3938 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___