Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maşallah Əhmədovun MTN-dəki dəstə ilə müdhiş əlaqələri üzə çıxdı
Tarix: 18-12-2015 | Saat: 13:46
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Maşallah Əhmədovun MTN-dəki dəstə ilə müdhiş əlaqələri üzə çıxdı

Veteran futbolçunun aldatdığı sahibkar özünü partladıb, yoxsa onu partladıblar?

Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədovun barəsində 3 aylıq həbs- qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Veteran futbolçu Binəqədi Rayon Polis İdarəsinə dəvət olunaraq saxlanılıb və Binəqədi Rayon Məhkəməsinə aparılaraq həbs olunub.

Hüquq-mühafizə orqanlarından Xeberaz.az-ya verilən məlumata görə, Bakı şəhər sakini Fəqan Cəfərov 2012-ci ildə polisə ərizə ilə müraciət edərək, ona məxsus Binəqədi-Baksol yolunda yerləşən sexdən M. Əhmədovun 72 min manat dəyərində üzlük piltə götürdüyünü və pulunu ödəmədiyini bildirib. Polisə daxil olan həmin şikayət əsasında cinayət işi başlanıb. Lakin həmin cinayət işinin başlamasından 3 il keçməsinə baxmayaraq, M. Əhmədov pulu ödəməyib. Bu il dekabrın 14-də Binəqədi polisinə M.Əhmədovla bağlı daha bir şikayət daxil olub. Bakı şəhər sakini Yusif Əzizov şikayət ərizəsində M. Əhmədovun ondan 105 min manat dəyərində mərmər daşı götürdüyünü, pulunu ödəmədiyini qeyd edib. M.Əhmədov həmçinin Y.Əzizovdan oğlunu işə düzəltmək adı ilə 15 min manat alıb və vədinə əməl etməyib. M. Əhmədovla bağlı polisə daxil olan ikinci şikayət də birinci şikayət əsasında başlanmış cinayət işinə əlavə edilib və hazırda istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidenti olan M.Əhmədovun oğlu Tərlan Əhmədov isə deyib ki, hər şey mətbuatda yazıldığı kimi deyil. Məsələ ilə bağlı qısa danışan veteran futbolçunun oğlu ittihamları qəbul etmir. O bildirib ki, atası ilə bağlı iddialar əsassızdır: “Atamı şərləyiblər. İstintaqın gedişini gözləyirik. Hazırda başım bu işlərə qarışıb. İstintaq başa çatdıqdan sonra daha ətraflı danışmaq olar”.

Qeyd edək ki, zaman-zaman M.Əhmədovla bağlı mətbuatda yazılar dərc olunub. 2010-ci il yanvarın 7-də “Yeni Müsavat” qəzetində “Maşallah Əhmədovun həbsi xəbəri yayıldı” sərlövhəli yazı dərc olunmuşdu. Özünü partladaraq öldürən sahibkar Rasim Əliyevin həyat yoldaşı Hənifə Bayramovanın sözləri əsasında hazırlanan həmin yazıda M.Əhmədovun sahibkara qarşı dələduzluğundan söhbət açılırdı.H.Bayramova həyat yoldaşının ölümü ilə bağlı çox ilginc fikirlər səsləndirmişdi. Həmin yazdan sitat:

“Maşallah Əhmədov həyat yoldaşımdan Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 10 ailəlik evin sənədləşməsi üçün bir neçə il əvvəl 15 min dollar alıb. Amma sonradan vədinə əməl etməyib. Maşallah Əhmədov o pulu həyat yoldaşımdan alıb.

Qəzetinizə açıqlamasında (bu mövzu ilə bağlı M.Əhmədovun ”Yeni Müsavat”a açıqlamasını nəzərdə tutur-E.M.) isə o, tamam başqa bir məsələdən danışıb iz azdırır. Namiqə ev alqı-satqısından 2 il əvvəl xəbər tutmuşam. Namiqin anası zəng eləyib deyirdi ki, Maşallah mənə gah orada, gah burada ev verir. Gah da öz bağını təklif eləyir. Maşallah yoldaşıma deyib ki, səndə olan evə mənim “kliyentim” var. Razılaşıblar. Amma burada Namiqdən alınan 12 mini Maşallah yoldaşıma verməyib, özünə götürüb. Namiq isə evə görə razılaşdıqları məbləği hissə-hissə ödəməli imiş. Amma ödəmirdi. Ondan pulu istəyəndə dedi ki, siz kimsiniz, bu binanı Maşallah tikib, pulu da ona vermişik.

Bu mübahisələrdən sonra Namiqgil oradan çıxıb. Mənim yoldaşım Maşallaha yanımda 2005 və ya 2006-cı ildə pul verib ki, “Baksovet”dən Rasimin tikdirdiyi evə sənəd alsın. Aradan bir il keçsə də, Maşallah vaxtı uzadırdı. Ona görə də qayınanasına, yoldaşına dəfələrlə zəng etmişəm. Yoldaşı da deyib ki, mənim ərim “moşennikdi”, Rasim ona niyə pul verib? Belə olanda evimizə gəlib binanın sənədini tələb eləyən sakinləri yığıb apardım Maşallahın evinə. O da dedi ki, əlavə 15 min də pul lazımdır. Ona görə də bu məsələ aylarla qaldı. Bina sakinləri bir ara sakitləşsələr də sonradan yenidən sənədi tələb etməyə başladılar”.

H.Bayramova demişdi ki, həyat yoldaşı özünü partladan gün M.Əhmədovla görüşməli olub. Lakin onun intihar etməsi xəbəri gəlib. O dövrdə sahibkarın müəmmalı intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğundan CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İşi prokurorluğun müstəntiqi Xanlar Qafarov araşdırıb və cinayət tərkibi müəyyən edə bilmədiyindən xitam edib.

Qeyd edək ki, bugünlərdə mətbuatda “Neftçi”nin digər veteran futbolçu, Maşallah Əhmədovun komanda yoldaşı İsgəndər Cavadovla bağlı ilginc xəbər yayılmışdı. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Mircəlal Kərim oğlu Nəsrullayevin mətbuata yolladığı məktubda İ.Cavadovun onu MTN-dəki dəstənin toruna saldığını iddia edib. O, İ.Cavadovun MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla əlbir olduğunu və veteran futbolçunun vasitəsilə mal-mülkünün əlindən alındığını, özünün isə şərlənərək həbsə atıldığını yazıb.


Xəbəri paylaş

5538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___