ZİRVƏ LİSEYİNDƏN VALİDEYN NARAZILIĞI-Oğlumun ağzı əyilib!
Tarix: 07-01-2022 | Saat: 05:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər
VİDEOYA BAXMAQ ÜÇÜN TOXUN
BURA TOXUN
Xəbəri paylaş
6238 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-01-2022 | Saat: 05:32
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Aktual | çapa göndər
Redaksiyamıza müraciət edən Abşeron rayon Masazır qəsəbəsi,Qurtuluş 93 yaşayış massivi sakini Həşimova Günay, buradakı Zirvə liseyindəki təhsil aldığı övladı ilə riyaziyyat fənnini tədris edən Yunus müəllimlə aralarında yaranmış insidenti bucür ifadə elədi: " oğlum Özcan, riyaziyyat tapşırığını evdə həll edib dərsə gedib, müəllim bunun səhv olduğunu və lövhəyə çıxaraq yenidən eləməyini israrla bildirmiş, övladım isə bucür həll etdiyini, daha sonra səhv etmiş olduğunu müəllimə bildirərək ona , əgər səhv yazmışamsa, siz başa salın deyib, müəllim isə uşağıma , sən eşşəkbaşsan, niyə belə yazmısan demiş, oğlum isə bütün sinif uşaqları içində bu təhqirdən psixoloji sarsıntı keçirərək qapını möhkəm çırpıb sinifotağını tərk edib dəhlizə çıxmış. Bu vəziyyəti isə müəllim özlüyündə səhv etmək əvəzinə ona qarşı aktlaşdırıb məktəbdən uzaqlaşdıracağını bildirmişdir. Mən bir valideyn olaraq bunu araşdırmaq üçün liseyə gəldim və bunun yaranma səbənini, aylar öncə burada 2 sinifin birləşdirilməsinə görə etirazımı bildirməyim, cənab nazirə şikayət ərizəsi ünvanlamağımda gördüm. Çünki buna qədər uşağın hərhansı bir səhv yazmağına görə məktəbdən belə hal eşitməmişdim. Daha sonra mən orada müşahidə kameralarının yaddaşa yazdığı videomaterialı tələb edib uşağımın günahkar olmasını tam sübut kimi istədim baxım, onlar isə mənə bunun mümkünsüz olduğunu bildirdilər. Daha sonra Yunus müəllim uşağı təhqir etdiyini səmimi etiraf etdiyini bildirərək üzrxahlığını bildirdi. Ancaq mən yenə də valideyn olaraq tədris prosesinin qrup birləşməsinə görə aşağı düşməsindən narahatam, pandemiya dövründə buna yolverilməz olduğunu bir valideyn kimi qəti etirazımı bildirərək Təhsil nazirinin bu işi şəxsi nəzarətinə götürməsini xahiş edirəm"!
Məsələ ilə bağlı qarşı tərəfin, yəni lisey rəhbərliyinin də mövqeyini öyrənmək üçün sözügedən təhsil müəssisəsinə yollandıq.
Bizi qarşılayan lisey rəhbərliyi burada valideynin dediklərini qəbul edərək bunları bildirdi: " 7 il əmək təcrübəsinə malik Yunus müəllim bugünədək hələ heç bir şagirdlə aralarında narazılıqdolu xoşagəlməz hal baş verməyib, yaranmış vəziyyət anlaşılmazlıqdan irəli gəlib və müəllim də işlətdiyi ifadəyə görə şagird Özcan Həşimovdan və valideyni Günay xanımdan üzr istəmişdir, hal-hazırda həmin müəllimlə şagird arasında heçbir narazılıq yoxdur, dərs prosesi öz qaydasında həmişəki kimi davam edir, biz şagirdlərimizlə öz balalarımız kimi davranırıq və bundan sonra da ocür davam edəcəyik tam əmin edirik ki bundan sonra Zirvə liseyimizdə bu kimi hallar eşidilməyəcək . Buna hər bir valideyn tam əmin ola bilər.
Qrup sinif birləşməsinə gəlincə isə bu daxili nizamnaməmiz əsasında normativ qaydalar çərçivəsində həyata keçirilir və bu da Nazirlik tərəfindən haçansa irad, yolverilməz olması kimi qiymətləndirilərsə, yenə də tam məsuliyyətimizlə cavab verməyə hazırıq."
Nə deyirik , təki deyilənlər real həqiqətləri əks etdirsin, biz də milli təhsilimizdən daha şikayət yox, daim razılıq eşitməyimizlə növbəti ictimailəşmə işlərini davamlı olaraq həyata keçirək!
Xəbəraz.az.
VİDEOYA BAXMAQ ÜÇÜN TOXUN
BURA TOXUN
Xəbəri paylaş
Digər xəbərlər
18-08-2022, 12:00
Güclü bildiyiniz adamların zəif TƏRƏFLƏRİ - Ən həssas bürclərin SİYAHISI
7-02-2017, 19:03
Sevgililər günündə ona nə alacaqsınız? - TƏKLİF
24-07-2015, 12:17
6 ayda Azərbaycanda qəzalar 34 uşağı öldürdü (VİDEO)
15-12-2015, 14:04
Zakir Həsənov: "Düşmənə daha sarsıdıcı zərbələr endirəcəyik"
15-05-2019, 11:38
İki ildə Azərbaycanda 250 minə yaxın iş yeri leqallaşıb – Əli Əhmədov
29-10-2022, 10:50
Yaponlar yeməyi nə üçün taxta çubuqlarla yeyirlər? - Heyrətamiz SİRR ÇÖZÜLDÜ - FOTO
28-01-2017, 19:44
Min ayədən üstün olan ayə
4-08-2016, 10:48
Sumqayıtda fəhlə mərcə girdi - Qəbul imtahanında 532 bal topladı
18-10-2016, 13:40
Azərbaycanda 2012-ci ilin sərt qışı yaşana bilər - PROQNOZ