26 may-9 iyun tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.
Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, monitorinqlərin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın qüvvədə olduğu müddət ərzində ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.
Nazir 6 məktəb direktoruna TÖHMƏT VERDİ
Tarix: 09-07-2021 | Saat: 05:26
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Təhsil / M2 | çapa göndər
Xəbəri paylaş
4748 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-07-2021 | Saat: 05:26
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Təhsil / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
24-11-2017, 13:47
UEFA-nın yeni reytinqi - Azərbaycan gerilədi
23-08-2023, 16:07
Elgizin eynəyi müzakirələrə səbəb oldu -"Bəs niyə qadın eynəyi?"
27-09-2016, 18:05
Plan 1: “Məğlubedilməzlik” – Plan 2: ərazilərin qaytarılmasına hazırlıq
27-11-2015, 21:55
7-ci sinifdə oxuyan qızı zorla avtomobilə mindirərək qaçırıblar
14-05-2017, 11:22
Dil bir çox xəstəlik haqqında xəbər verir
14-11-2016, 23:07
Prezident binaların təmirinə pul ayırdı - Sərəncam
28-05-2022, 12:13
Neftçalada sakinlər bələdiyyə sədrinin əlində qalıblar... - Adamın məhkəmələrdə də hökmü keçir...
12-05-2016, 20:11
Ruslar Krımda müsəlmanların evlərinə girdi
8-01-2016, 19:01
İŞİD terrorçusu anasını edam etdi
27-01-2016, 18:33
universitetdə müəllimələrlə tələbələrin qalmaqallı görüntüləri ortaya çıxıb (VİDEO+18)