Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakirə qızların bəlasına çevrilmiş iş adamı - ŞOK İDDİA //VİDEO
Tarix: 05-07-2021 | Saat: 21:58
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma | çapa göndər


"Xeberaz.Az"  informasiya agentliyinin redaksiyasına Masallı rayon sakini Əliyeva Nəzrin tərəfindən videomüraciət daxil olub.

Daxil olan müraciətdə Nəzrin Əliyeva bildirir ki, əslən Masallı rayonundan olan iş adamı Allahyarov Təhmasib Seyrəddin oğlu onu "evlənmək" adı ilə qaçırıb, bakirəliyinə sahib olduqdan və bir müddət birlikdə yaşadıqdan sonra ayrılmaq istədiyini bildirib.

Nəzrin qeyd edir ki, Təhmasib ayrılmaq istədiyində o artıq hamilə olub. Məsələyə böyüklər qarışdıqda isə sözügedən iş adamı Allahyarov Təhmasib Nəzrinə və körpəsinə Sahib çıxmaq üçün onun ailəsindən 50.000 (əlli min) AZN məbləğində pul tələb edib. Əks halda Nəzrin və 6 aylıq qız övladından imtina edəcəyini bildirib.

Maddi durumunun zəif olduğunu deyən Nəzrin Əliyevanın ailəsi bu məbləği ödəməyə razı olmayıb.

Daha sonra Nəzrin bildirir ki, iş adamı Allahyarov Təhmasib Seyrəddin oğlunun mobil telefonunda bir neçə qızların videogörüntülərini də görüb. Hansı ki, Təhmasib maddi imkanlarından istifadə edərək gənc qızları aldadıb, yoldan çıxarır, onunla intim münasibətdə olur və bunu videokamera vasitəsilə lentə alır.

Sonra qızları həmin görüntülərlə şantaj edərək, onlardan pul tələb edir.

Nəzrin Əliyevanın bütün bu söylədikləri Allahyarov Təhmasib Seyrəddin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsinə əsasən cinayət tərkibi yaradır.

Hesab edirik ki, xarici görünüşü, maddi imkanları, şəxsi biznesləri vasitəsilə azyaşlı qızları yoldan çıxaran, namusunu ləkələyən, hələ bu da azmış kimi öz iyrənc əməlləri ilə onları şantaj edən Allahyarov Təhmasib Seyrəddin oğlu barəsində Hüquq Mühafizə orqanları tədbir görməli, sözügedən şəxsi törətdiyi cinayət əməllərinə görə məsuliyyətə cəlb etməlidirlər.


Yeri gəlmişkən onu da qeyd edək ki, redaksiyamıza daxil olan digər videomaterialda iş adamı Allahyarov Təhmasib tərəfindən qeyri-etik, təhqiramiz ifadələr səsləndirildiyi üçün onu yayımlamadıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Xəbəri paylaş

1 1458 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___