Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yığşdırın bu biyabrclıqı! Şəhid Fariz Həsənovun həyat yoldaşı yazır...
Tarix: 16-05-2021 | Saat: 06:35
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Qarabağdan xəbər var / Həftə-Reytinq | çapa göndər

Indiyədək heç bir şikayət xarakterli  status paylaşmamışdım. Amma dünən qarşılaşdığım situasiya məni buna vadar etdi. Dünən müqəddəs bayramımız idi.  Hər kəs bilirki Şəhid ailələri üçün bayramın b hərfi belə yaddir. Mənimçün bayram dünən övladlarımı atasının qanı bahasına alınmış qənimətləri və şərəfsiz erməni mənfurlarinin boş qalmış papaqlarını göstərib qürur hissi duymaq idi...Taksiyle getdik, 5 nəfər idik, 2 xanım və 3 uşaq. Qənimətlər parkına yaxınlaşanda, növbənin hədsiz çox olduğunu gördüm. Biraz gözlədik, sonra gördüm usagla gözləmək mümkün deyil, nəzarətçi oğlan var idi, ona yaxınlaşdım və Şəhid ailəsi olduğumu bildirdim. Sağolsun, əvvəlcə başsağlığı verdi, sənədim oldugunu soruşdu, məndə şəhid ailəsi olduğum vəsiqəni göstərdim və bizi novbəsiz keçirdilər. Kassanın yanında da bir oğlan dayanmışdı, neçə nəfər olduğumuzu və usaglarin yaşını soruşdu. Ona nəzarətçi oğlan şəhid ailəsi olduğumuzu bildirməsinə baxmayaraq, bizi kassaya doğru yönləndirdi. Heçnə demədim,çünki mahiyyəti birşey olmayan əl çirki olan pula görə Şəhidimin adını istifadə edəsi deyildim, amma bildiriş verilmişdi onlara ki Şəhid ailəsiyik. Nəysə, keçdim kassaya 4 manat ödədim, uşaglara düşmürdü ödəniş. Və keçdik atamızın qanı bahasına alınmış qənimətlərə baxmağa. Sözümün əsl mənası odur ki, əgər şəhid ailələrinə, qazilərə hörmət qoyulmayacagdisa, niyə şəhid verirdim mən? Bugünkü gün 2 manatı Atamızın axan qanından üstün tutacaqdinizsa, niyə sinənizə döyüb Qarabağı biz aldıq deyirdiz? Qarabağı siz almadınız, Qarabağı qanı Vətən torpağına qarışmış oğullar aldı. Qarabagi öz yarını tək qoyub, balalarını atasız qoyub, sinəsini irəli verən oğullar aldi...Qarabağı öz sağlamlığını bu Vətən yolunda qurban verib, bu dünyanın canlı Şəhidi olan oğullar aldı...Söhbət orda olan 2 manatın mahiyyətindən getmir, söhbət bizim həqiqətənmi Azərbaycanlı olmagimizdan gedir.



4028 dəfə oxunub.

Digər xəbərlər
9-11-2020, 19:30 Melonun ayağı qırıldı
4-04-2016, 20:57 Ermənistan təslim olur

bütün xəbərlər
____ Instagram ___