Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şok açıqlama: Avropada 400 "canlı bomba" var - FOTO
Tarix: 24-03-2016 | Saat: 12:24
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Şok açıqlama: Avropada 400 "canlı bomba" var - FOTO

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının Avropa Birliyi ölkələrində 400-dən artıq potensial "canlı bomba"sı var. Onlar istənilən an qanlı terror aktları törətməyə hazırdırlar.

Bu terrorçular İŞİD-in Suriya və İraqdakı xüsusi düşərgələrində təlim keçiblər. Onları Qərb ölkələrində terror aktları törətməyə hazırlayıblar.

Ekspertlərin dediklərinə görə, terrorçular Paris və Brüsseldəki terror aktlarından da məşum, qanlı və genişmiqyaslı aksiyalar hazırlayırlar.

Parisdə ötən ilin noyabrında törədilmiş teraktda şübhəli bilinən şəxslərdən biri demişdi ki, İraq və Suriyadan Avropaya teraktlar törətmək məqsədilə 90 nəfər keçib.

Belçikanın paytaxtı Brüsselin Molenbek səmtində tutulmuş terrorçu Saleh Əbdüsəlam da polisə verdiyi ifadəsində "bizim şəbəkəmiz var, onlar teraktlar hazırlayırlar" demişdi.

Az sonra isə Brüsseldə 3 terror aktı törədildi, 32 nəfər həlak oldu, 270 nəfər yaralandı. 3 "canlı bomba" da həlak oldu.

Hazırda Fransa və Belçikanın polisi teraktlarda şübhəli bilinən bir şəxsi arayır.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___