Səlim Müslümovun “ƏLİLLİK BİZNESİ”: - “Bu saxtakarlığa əl atan məmurlar cəzalandırılmır”
Tarix: 02-05-2021 | Saat: 02:37
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Həftə-Reytinq | çapa göndər
“Keçmiş nazirin fəaliyyəti dövründə əlilliyi olmayan çox sayda vətəndaş əlillik dərəcəsi alıb”.
Yenicag.az xəbər verir ki, bunu sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövründə vüsət almış “əlillik biznesi”ni dəyərləndirən iqtisadçı Qubad İbadoğlu deyib.
İqtisadçı bildirib ki, Səlim Müslümovun nazir olduğu dövrdə ölkə üzrə əlillərin sayı əhəmiyyətli dərəcədə artırılıb:
“Əlillik dərəcəsi alanların hamısı dövlətin sosial müdafiə proqramından yararlanıb, onlara ya pensiya, ya da müavinət verilib. Məsələ burasındadır ki, əlilliyi olmayanların əlillik dərəcəsi alıb, həqiqətən, əlilliyi olanlar isə əlillik dərəcəsi almaqda çətinliklərlə qarşılaşıb, onlar həmin dövrdə bu hüquqdan istifadə edərək sosial müdafiə proqramlarından yararlana bilməyiblər.
Buna görə də hazırda bütün əlillər yenidən 3-4 pilləli yoxlanışlardan keçirilir. Əlilliyinin yoxlanılması dövründə əlil olanların itirdikləri pensiya və ya müavinətlərin ödənişi dayandırılır. Maraqlıdır ki, qanunsuz olaraq verilən əlillik ləğv edilir, onlara ödənilən pullar geri qaytarılır, amma buna qol qoyan məmurların heç biri cəzalandırılmır. Əlilliyi gerçək olan vətəndaşların sosial vəziyyəti isə nəzərə alınmır. Pensiyası və müavinəti kəsilən həqiqi əlil olanların necə dolanacağını düşünən yoxdur”.
Xəbəri paylaş
4958 dəfə oxunub.
Digər xəbərlər

21-02-2018, 19:34
Beynəlxalq hüquq eksperti İsmayıl Zalovdan açıqlama: Orduxanı ermənilər maliyyələşdirir
6-07-2021, 01:45
Azərbaycanda 10-cu sinif şagirdi intihar etdi
18-09-2016, 19:26
Dərbənd azərbaycanlıları ümumxalq referendumunda fəal iştirak edəcəklər
16-05-2018, 15:10
Orucluqda insan bədənində hansı proseslər baş verir? - Bilmədiyiniz 11 MÜDHİŞ MƏQAM
13-10-2017, 21:26
Bakıdan Naxçıvana dəmir yolu açılacaq
17-01-2017, 21:15
Hacı Zeynalabdin Bələdiyyəsi 2016-cı illik hesabat verdi - fotolar
4-07-2022, 11:39
Mədə ağrısını, köpü götürür, sümükləri bərkidir... – ŞÜYÜDÜN BİLMƏDİYİNİZ FAYDALARI
2-05-2016, 18:21
Sahibkarların nəzərinə - Gömrük Komitəsi dəyişiklik etdi
21-10-2015, 20:00
Əməkdar artistin vəziyyəti ağırlaşıb
28-12-2017, 17:30
Dani Alveş 2018 ci ili Bakıda qarşılayacaq