Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə bu gün 354 nəfər COVID-19-dan həyatını itirib
Tarix: 22-04-2021 | Saat: 21:14
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Səhiyyə | çapa göndər


Türkiyədə bu gün 354 nəfər COVID-19-dan həyatını itirib


Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 354 nəfər həyatını itirib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama yayıb.
Nazir deyib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanıb. Son 24 saatda 54 791 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3 463 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.
Hazırda ölkə üzrə  bu infeksiyadan ümumilikdə 37 329 nəfər ölüb.    
Türkiyədə indiyədək 4 501 382 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 909 935-i müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Türkiyədə "23 Aprel Milli Suverenlik və Uşaq Bayramı" rəsmi tətil olduğu üçün COVID-19-la mübarizə tədbirləri çərçivəsində bu gün saat 19.00-dan başlayaraq 82 saatlıq xüsusi komendant saatı  tətbiq olunur.
 


Xəbəri paylaş

3718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___