Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcərdə kazarma tikintisində işlədilən fəhlələr ETİRAZA QALXDI - Pulları verilmir...
Tarix: 22-04-2021 | Saat: 20:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə | çapa göndər

“Uğur İnşaat ” MMC adlı qurum Kəlbəcərdə kazarma tikintisində işlətdiyi fəhlələrin maaşını vermir.Hələ bu aznış kimi onları əmək müqaviləsi bağlamadan işlədib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Gəncə şəhər sakinləri tərəfindən Dünyanınsəsi.az-a müraciət daxil olub. Vətəndaşlar müraciətində “Uğur İnşaat ” MMC tərəfindən aldandıqlarını və 2 aylıq əmək haqqlarının mənimsənildiyini iddia edirlər. Müraciəti ixtisarla təqdim edirik:

“Uğur İnşaat ” MMC bizi əmək müqaviləsi bağlamadan işlədib, 2 aylıq əmək haqqımızı mənimsəyib vermir. Belə ki, “Uğur İnşaat 2020 ” MMC-nin Balakəndən olan Qurban adlı rəhbəri 18.01.2021-ci il tarixdə Müdafiə Nazirliyi ilə bağladığı müqavilə əsasında Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəni 18.03.2021-ci il tarixinə qədər təmir işlərini biz’ gördürüb.Bu günə qədər gördüyümüz işin müqabilində 11000 manat pulumuzu sözügedın şirkətin icraçısı Qurban adlı şəxsdən ala bilmirik”.

Redaksiya olaraq aprdığımız araşdırma nəticəsində məlum oldu ki, Kəlbəcərə aparılmış 10 nəfər fəhləyə Müdafiə Nazirliyinin Gəncədə yerləşən Mənzil – İstismarı hissəsinin rəisi Elşad Süleymanov tərəfindən də müvəqqəti vəsiqə verilmişdir.Maraqlı sual meydana çıxır.Görəsən Müdafiə nazirliyi şikayətçi şəxslərə hansı müqavilə və qanun əsasında vəsiqə ilə təmin etdirib???

DİA.az

Kəlbəcərdə kazarma tikintisində işlədilən fəhlələr ETİRAZA QALXDI


Xəbəri paylaş

4678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___