Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keçən il Azərbaycanda 200-dən çox həkim işə qəbul olunub
Tarix: 06-03-2016 | Saat: 19:05
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər

Keçən il Azərbaycanda 200-dən çox həkim işə qəbul olunub
Yüz nəfərdən artıq həkim-müətəxəssis təyinatla iş yerlərinə göndərilib
Azərbaycanda həkimlərin ixtisaslar üzrə hazırlığı müasir təhsil sisteminə uyğun olaraq rezidentura vasitəsilə həyata keçirilir. Hazırda rezidentlərin hazırlanması 40 klinik bazada aparılır ki, bu da rezidentura təhsilinin başladığı 2011-ci illə müqayisədə 4 dəfə çoxdur. "Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Hesabatda qeyd olunub ki, rezidentura təhsili tətbiq ediləndən sonra 27 ixtisas üzrə 272 həkim-mütəxəssis hazırlanıb.
Tibb işçilərinin təkmilləşdirilməsi və sertifikatlaşdırılması işi də davam etdirilib. İl ərzində 5 200 həkim və 9 500 orta tibb işçisi təkmilləşmə kurslarından keçib, 3 354 həkim və 7 399 orta tibb işçisi sertifikat alıb.
Keçən il 258 həkim mərkəzləşdirilmiş qaydada test imtahanı ilə işə qəbul olunub. 100 nəfərdən artıq həkim-müətəxəssis təyinatla iş yerlərinə göndərilib.
Hesabat ilində Türkiyə, Yaponiya, İtaliya, Rusiya, İsrail və Belarusda təşkil edilən kurslarda 80 həkim iştirak edib. Beynəlxalq əlaqələr çərçivəsində keçən il 69 gənc həkim rezidentin təhsilinin bir hissəsinin Almaniya və Türkiyədə keçirilməsi təşkil edilib.
Qeyd edək ki, hökumətin hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Xəbəri paylaş

6278 dəfə oxunub.

Digər xəbərlər
24-03-2015, 23:56 Facebook-dan yeni qərar

bütün xəbərlər
____ Instagram ___